"İşsizlik çoxalıb" - Millət vəkili hökumətdən yardım istədi




Şirvan şəhərinin deputatı Rəfael Cəbrayılov hökümətdən yardım istəyir.

Sherg.az bildirir ki, millət vəkili büdcə müzakirələri zamanı deyib ki, Şirvan tipik sənaye şəhəri olsa da, şəhərdə işsizlik artıb: 

"Sənaye şəhərində belə vəziyyət gələcəkdə ciddi fəsadlara yol aça bilər. Odur ki, hökumət bu məsələyə daha diqqətlə yanaşmalıdır”. R.Cəbrayılov Şirvanda bir vaxtlar fəal olan futbol klubunun son vaxtlar maliyyə baxımından tamamilə dağılmasından narahatlığını bildirib: "Təmsil etdiyim şəhərdə normal stadion yoxdur. İndi şirvanlılar futbol oynamaq üçün kilometrlərlə yol qət edib, Salyandakı Qaraçala qəsəbəsinə stadiona gedirlər”.

Anar