İstanbulda İŞİD üzvü olduğu təxmin edilən 25 nəfər saxlanılıb





Türkiyə polisi İstanbulda İŞİD teror təşkilatı ilə əlaqədə şübhəli bilinən 25 nəfəri saxlayıb. 

"Sherg.az " "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" İnformasiya Agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, 22-i  əcnəbi olan həmin adamların 3 yüksək rütbəli şəxslərdir. 

Qeyd edək ki, son illər Türkiyədə İŞİD üzvü olduğu ehtimal olunan 5 minə yaxın adam saxlanılıb. Onlardan 3290 -ı əcnəbi olub və onlar 95 ölkəyə təxliyyə olunublar. 

Ayyət ƏHMƏD