İstanbulun işğal günləri: Fotolar Fransada təsadüfən tapıldı

İngilis əsgərlər İstiqlal prospektindəki "Antuan" St. kulisi qarşısında...
1923-cü ildə İstanbul, 4 il davam edən düşmən işğalından xilas oldu. Lozan zəfərinin ardından düşmən gücləri tək-tək İstanbulu tərk edirdi...
Boğazda işğalçı donanması
5 oktyabr 1923-cü ildə şəhərin Anadolu yaxasına gələn türk ordusu,  1923-cü ilin 6 oktyabr  günü coşğun bir bayram havası ilə, sevinc gözyaşları içində və çiçək yağışı altında İstanbula girdi.
Fransız işğalçı komandiri d'Esprey Galatadan Şişhaneyə keçərkən
Fransız işğalçı komandirinin İstanbuldakı iqamətgahı...
Türk ordusunun İzmirə girməsindən sonra Fahrettin Paşanın komandanlığı altımdakı 5-ci süvari ordu ittifaq dövlətlərinin nəzarətindəki tərəfsiz bölgəyə doğru irəliləməyə başladı. Bunla müttəfiq qüvvələrdən olan Fransız və İtalya birlikləri dərhal geri çəkildi. Çanaqqalada olan ingilis birlikləri general Harrinqtonun əmriylə müdafiə mövqeyinə çəkildi.
Galata körpüsündə fransız işğalçı hərbçiləri (arxada Yeni Məscidi)
24 iyul 1923-cü il tarixində Lozan Barış Anlaşmasından sonra, 23 avqust 1923-cü ildən etibarən İttifaq Qüvvələri İstanbuldan ayrılmağa başladı. Son qoşun isə 1923-cü ilin 4 oktyabr günü Dolmabahçe Sarayı qarşısında təşkil edilən bir mərasimlə türk bayrağını salamlayaraq şəhəri tərk etdi.