Azərbaycan mediası və sosial şəbəkələr istənilən ölüm hadisəsinə intihar adı verir
İstintaqın nəticəsini gözləmək lazımdır
17:40 21.07.2018
Arxiv
422
18 yaşlı qızın 17-ci mərtəbədən düşməsi cinayət hadisəsi də ola bilər
Azərbaycan mediası və sosial şəbəkələr istənilən ölüm hadisəsinə intihar adı verir
Azərbaycan mediası və sosial şəbəkələr istənilən ölüm hadisəsinə intihar adı verir
Bu isə istintaqın gedişinə müdaxilə etmək deməkdir. Bu yanaşma həm də cinayətkarların işinə yarayır
"Şərur” MTK-ya məxsus 24 B saylı binada baş verən intihar hadisəsi ilə bağlı yeni məlumatlar üzə çıxıb. Bina sakinlərinin sözlərinə görə, "yoldan keçən”, "könlünə ölmək düşən” hər kəs bu binaya üz tutur: "Bizim blokların qapısında qıfıl, şifrə yoxdur. İstəyən hər kəs asanlıqla bloklara girə, mərtəbələrə, hətta dama qalxa bilir. Yaxşı ki, qız düşəndə həyətdəki armaturlara girməyib. Neçə illərdir biz bu ərazidə yaşayırıq, təmir işləri başa çatmır”. Sakinlər intihar edən qızın o binada yaşamadığını bildiriblər: "Həmin qız bizim binada yaşamayıb. Eşitdiyimizə görə, "İnşaatçılar” metrostansiyası tərəfdə yaşayırmış. Bizim binaya da səhər tezdən gəlib. Bu fakt binanın müşahidə kameralarına da düşüb”.
"Qız yerə düşəndə əynində paltarının olmadığı görünsə də, görünür, özünü atanda paltarı kondisionerə ilişərək cırılıb. Baş verənlərlə bağlı hərə bir söz deyir. Bizim binanın balkonları açıqdır. Qız da özünü dəhlizdən atıb. Meyit yerdə olanda hərə bir söz deyirdi” - deyə bina sakinləri bildiriblər.
Şahidlər onu da qeyd ediblər ki, qızın meyiti bir saata yaxın yerdə qalıb: "Heç kim üstünü örtmürdü. Camaat kiçik uşaqları ilə gəlib meyitə baxırdı. Sonradan rəfiqəsi gəldi, ancaq qızın nə problemi olduğunu demədi. Anası da hadisə yerinə gəlmişdi. Qışqırıb ağlayır, qızının niyə bu addımı atdığını adamlardan soruşurdu”.
Sakinlər xüsusilə vurğulayıblar ki, intiharın baş verdiyi bina, ümumiyyətlə, qalmaqallıdır: "Binadakı mənzillər kimə gəldi, kirayə verilir. Hər gün müxtəlif mənzillərdə mübahisələr, davalar olur”.
Binanın komendantı Toğrul Kətanov isə bildirib ki, intihar edən qız gecəni həmin binada keçirməyib: "O, bizim binaya səhər saat 09.27-də daxil olub və 09.38-də intihar edib. Qız binaya tək gəlib. Hadisə 11 dəqiqə ərzində baş verib”. T.Kətanovun sözlərinə görə, bina iki ilə yaxındır ki, istismara verilib, buna görə də təmir işləri tam yekunlaşmayıb: "Binanın həyətində qaraj tikilir. Tikinti işləri bitmədiyi üçün həyətdə müəyyən armaturlar var. Qarajın tikintisi başa çatdıqdan sonra binanın qapılarına da şifrə qoyulacaq”.
Komendant, həmçinin qeyd edib ki, binada mənzillər sahibləri tərəfindən kirayə verildiyinə görə, o, bu məsələlərə müdaxilə edə bilmir.
Yasamal Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə isə qız mənzildə tək olmayıb: "Onun yanında olan şəxsin kimliyini müəyyənləşdirmək üçün tədbirlər görülür. Hadisənin qətl olması istisna edilmir. Faktla bağlı araşdırma aparılır”.
Sosioloq Cavid İmamoğlunun fikrincə, Azərbaycan mediası və sosial şəbəkələr istənilən ölüm hadisəsinə intihar adı verir:
"Bu isə istintaqın gedişinə müdaxilə etmək deməkdir. Bu yanaşma həm də cinayətkarların işinə yarayır. Çünki istənilən cinayəti intihar adı altında media vasitəsilə insanların şüuruna oturtmaq olar. Ona görə də mətbuat nümayəndələri, ictimaiyyət üzvləri ehtiyatlı olmalıdırlar. Araşdırma aparmadan, istintaqçıların rəyi olmadan bu cür hadisələrin intihar başlığı ilə mediada yayılmasının tərəfdarı deyiləm”.
İntihara səbəb olan amillər arasında qadınlara qarşı zorakılıq faktorunu xüsusi qeyd edən sosioloq hesab edir ki, bu kimi halların qarşısını almaq üçün maarifləndirmə işi aparılmalıdır: "Azərbaycan reallığında intihar mövzusu tabu hesab olunur. Heç bir valideyn istəmir ki, dünyasını dəyişən övladının adı intihar xəbərlərində hallansın. Bir ana üçün qızının ölümü nə qədər faciəvidirsə, onun intihar edərək ölməsi beşqat artıq dərddir. Bunu qəbul etmək istəmirlər və bacardıqları qədər intihar faktını ört-basdır etməyə çalışırlar. Bu mənada ananın qızının ölümünü cinayət hadisəsi kimi dəyərləndirməsi təbiidir. Amma bu, mediaya o haqqı vermir ki, hadisə baş verər-verməz intihar başlıqlı xəbər versin. 18 yaşlı qız 17-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib kimi də təqdim etmək olardı hər halda. Hüquq-mühafizə orqanlarının yekun qərarından sonra hadisənin intihar olub-olmadığı ilə bağlı ictimaiyyəti məlumatlandırmaq olar”.
Qeyd edək ki, 5-ci Yasamal, ev 1-də yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya