İsveç tarixində ən uzun siyasi böhran başa çatmaq üzrədir
18:57 14.01.2019
Arxiv
346
İsveç tarixində ən uzun siyasi böhran başa çatmaq üzrədir.
AZƏRTAC bildirir ki, Mərkəz Partiyası mühacirətin əleyhinə olan sağçı millətçi İsveç Demokratları Partiyasının güclənməsinə mane olmağa çalışaraq sosial-demokratlarla səylərini birləşdirib. Beləliklə, bütün siyasi məsələlərə dair fikir ayrılıqları fonunda 4 aydan bəri davam edən yeni hökumət formalaşdırmaq cəhdləri başa çatmaq üzrədir.
Sosial-demokratların lideri Stefan Löven 4 aydan bəri davam edən danışıqlara son qoyulması barədə nisbətən kiçik müxalifətçi partiyalarla saziş bağlayıb. Lövenin ikinci müddətə baş nazir vəzifəsində işə başlaması üçün çox ehtimal ki, çərşənbə günü parlamentdə bu məsələyə dair səsvermə aparılacaq. Səsvermə barədə artıq bu gün rəsmi anons veriləcəyi gözlənilir.
Ötən istirahət günlərində Mərkəz Partiyası və sosial-demokratlar arasında razılaşma əldə edilib. Hərçənd, jurnalistlər bəzi daxili ziddiyyətlərin qalmasını qeyd edirlər. Bu addım mötədil koalisiya partiyasının başçılıq etdiyi əvvəlki müxalifəti parçalayıb. Nəticədə sosial-demokratların 4 il davam etmiş hakimiyyətindən sonra dəyişikliklər baş verməsini tələb edən seçicilərin çoxu qəzəblənə bilər. Lakin yeni saziş nəticəsində sosial-demokratlar və "Yaşıllar" bloku yenidən hökumət formalaşdırmaq şansı əldə edir.
Xatırladaq ki, ötən il sentyabrın 9-da İsveç Parlamentinə (Riksdaqa) seçkilərdə Sosial Demokrat Partiyası ilə yanaşı Yaşıllar Partiyasının və İsveç Solçu Partiyasının da daxil olduğu qırmızı-yaşıl blok cüzi fərqlə qalib gəlib: bu blok 40,7 faiz, onun rəqibi olan sağ-mərkəzçi alyans isə 40,2 faiz səs toplayıb. Beləliklə, bu iki blokdan birincisi 144, ikincisi 143 mandat əldə edib. İndi əlavə dəstək alan qırmızı-yaşıl blok Riksdaqdakı 349 yerdən 167-sini tutmağa ümid edir, lakin bu halda da çoxluğa nail ola bilməyəcək. Bununla belə, İsveç siyasətində azlığın hökuməti anlayışı normal qəbul edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi