İtaliya ən çətin məqamlarda Azərbaycanın yanında olub
10:33 21.07.2018
Arxiv
786
İlham Əliyev və Mehriban Əliyevanın bu ölkənin ən ali mükafatına layiq görülməsi hər bir azərbaycanlını qürurlandırdı
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni, birinci vitse-prezident, birinci xanım Mehriban Əliyeva isə "Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilib.
Bu ordenlər İtaliyanın ən ali dövlət mükafatı hesab olunur. İtaliyanın "Xidmətlərinə görə” ordeni əhəmiyyətinə görə ikincidir. Ümumilikdə, ordenin 6 dərəcəsi var. Ordenin rəhbəri İtaliya prezidentidir. Prezident Ordenin Kansleri və daha 16 nəfərin daxil olduğu Orden Şurasına rəhbərlik edir. Böyük Xaç Kavaleri Ordeni 1951-ci ildə təsis olunub. Orden iqtisadiyyat, ictimai və humanitar fəaliyyət, xeyriyyəçilik, ədəbiyyat, incəsənət və digər sahələrdə xalq qarşısında mühüm xidmətlərə görə verilir. İndiyədək İtaliyanın "Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni ilə dövlət və hökumət başçıları, dünya səviyyəli ictimai-siyasi xadimlər təltif olunublar. Onların arasında Çexiyanın birinci prezidenti Vatslav Havel, Almaniyanın keçmiş Kansleri Helmut Kol, Böyük Britaniya Kraliçası II Yelizaveta, Fransanın sabiq prezidentləri Jiskar Desten, Fransua Mitteran və Jak Şirak, Belçikanın sabiq Kralı II Albert, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül və digər görkəmli şəxslər var. Azərbaycan Prezidenti İlham Əliyev də nüfuzlu siyasi xadim kimi İtaliyanın bu ali ordeninə layiq görülüb. İctimaiyyət nümayəndələrinə görə, Prezident İlham Əliyevin və ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliya dövlətinin ən yüksək mükafatı ilə təltif edilməsi Azərbaycan və İtaliya arasındakı dostluğun, ikitərəfli əməkdaşlığın bariz nümunəsidir. Millət vəkili Jalə Əliyeva "Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, Azərbaycanın digər ölkələrlə olduğu kimi İtaliya ilə də mehriban dostluq münasibətləri mövcuddur: "Bu günlərdə İtaliya Prezidentinin ölkəmizə səfər etməsi, səfər çərçivəsində aparılan danışıqlar, həmçinin, Prezident İlham Əliyevin və ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın "Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə ödülləndirilməsi İtaliyanın ölkəmizə verdiyi dəyər, fərqli hörmətin böyük bir nümunəsidir. Düşünürəm ki, İtaliya və Azərbaycanın qarşılıqlı münasibətləri bu səfərdən sonra daha da yüksələn xətlə davam edəcək. İki dövlət arasında bu münasibətlər iqtisadi, siyasi, mədəni sahələrdə olduğu kimi, həmçinin, parlament sahəsində də davam edir. Azərbaycan və İtaliya parlamentləri arasında dostluq qrupları da uğurlu fəaliyyət göstərir və bu sahədə davamlı işlər görülür.
Tez-tez İtaliya parlamentinin dostluq qrupu ölkəmizə gəlir. Onlar hər dəfə ölkəmizə gələndə Azərbaycanın inkişafına heyran qaldıqlarını və hər iki ölkənin tarixi dostluq ənənəsinin mövcud olduğunu qeyd edirlər”. Deputat bildirib ki, İtaliya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir: "Hər bir zaman Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, beynəlxalq təşkilatlarda ölkəmizin haqq işinin müdafiə olunmasında İtaliya ölkəmizin yanında olan dövlət olub. Bir daha vurğulayım ki, İtaliya Prezidentinin iyulun 18-də atdığı addım, İtaliya dövlətinin ən yüksək mükafatı ilə ölkə başçımızın və 1-ci vitse-prezidentimizin təltif edilməsi Azərbaycanın dünyada artan nüfuzuna, tanınan və qiymətləndirilən inkişafına verilən böyük qiymətin göstəricisidir. Əlbəttə ki, buna görə hər bir azərbaycanlı qürur hissi keçirir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya