İtkin düşən neftçilərdən birinin cəsədi tapıldı




Bu gün "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisə nəticəsində itkin düşən 10 neftçidən bir nəfərin cəsədi sudan çıxarılıb.

Bu haqda Modern.az-a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlı məlumat verib.

Onun sözlərinə görə, cəsədi tapılan şəxs Cavid Bəhrəmovdur .
Qalan 9 nəfər isə itkin düşüb.
Qeyd edək ki, itkin düşən neftçilərin axtarışları davam edir.
1. Zülfüqarov Güloğlan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator
8. Abbasov Ramiz - maşinist

9. Rüstəmov Qorxmaz - operator