İvanişvili seçkiləri qazanmaq üçün pul paylayır
08:11 20.11.2018
Arxiv
905
Amma seçkilərin 2-ci turu insidentsiz keçsə, Vaşadze qalib olacaq
Gürcüstan hökuməti banklara borcunu ödəməkdə çətinlik çəkən 600 mindən çox vətəndaşın problemini həll edib. Hökumət əhalinin ümumilikdə 1,5 milyard lari, təxminən 570 milyon dollar həcmində olan borclarını silib. Məsələnin həllini biznesmen Bidzina İvanişvilinin maliyyələşdirdiyi "Kartu” Fondu ilə banklar öz üzərinə götürüb. Ekspertlərin fikrincə, Gürcüstan hökuməti 600 mindən çox vətəndaşının banklara borcunu ödəməklə təbii ki, seçkiqabağı siyasi məqsəd güdür. Çünki seçkiqabağı siyasətdə bu cür addımlar normal sayılır.
Lakin əksəriyyət düşünür ki, bu qərar noyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərində İvanişvilinin komandasının qələbəsini təmin etməyəcək. Ehtimallara görə, Gürcüstan vətəndaşları seçkidə hakim "Gürcü Arzusu”nun qalmasına deyil, Saakaşvili və onun komandasının qayıtmasına səs verəcək. Daha doğrusu gürcülər "bank borcları” kimi siyasi vədlərə aldanmayacaq və Qərbə inteqrasiyaya, korrupsiyasızlığa səs verəcək.
Qonşu ölkədəki seçki öncəsi prosesləri şərh edən politoloq Vasif Əfəndiyev "Şərq”ə deyib ki, Gürcüstanda 2-ci tur prezident seçkilərinin gərgin keçəcəyi qaçılmazdır. Onun sözlərinə görə, seçkinin ilkin nəticələri ölkədə ciddi dəyişikliklərin baş verəcəyinə işarə idi:
"Hakim partiya əllərində olan bütün resurslardan yararlanmasına baxmayaraq, seçkilərdə 38 faiz səs toplaya bildi. Seçkidə uğursuzluğun əsas səbəbi isə Saakaşvilinin qurduğu "korrupsiyasız dövlət” sistemini dağıtmaq istiqamətində fəaliyyətləri olub. İvanişvilinin Gürcüstanı yenidən Rusiyanın təsir dairəsinə salmaq planının tərkib hissəsi olan köhnə sistemə, Şevardnadze üsul-idarəçiliyinə qayıdışı gürcü xalqının heç də xoşuna gəlmədi. İvanişvili seçkilərdən dərhal sonra de-fakto itirilmiş hakimiyyətlərini bərpa etmək üçün Gürcüstan xalqına müraciət etdi. Vaşadzenin prezident seçilməsi ehtimalını "zorakılığın yenidən Gürcüstanda hakimiyyətə gəlməsi” kimi dəyərləndirdi. Gürcüstanda hakimiyyətdən narazılıq o həddə çatıb ki, hətta indiyə qədər bütün seçkilərdə hakimiyyət namizədlərini dəstəkləməyə məcbur olan soydaşlarımız da Vaşadzeyə səs veriblər. 2-ci tur seçkilərin keçirilməsinə 9 gün qalıb. Rusiya seçkinin ilkin nəticələrinə görə narahatdır. Monitorinqlərə görə, Vaşadze böyük üstünlüklə irəlidədir.
Zurabişvilinin tərəfdarları əllərində "Quran” soydaşlarımız yaşayan ərazilərdə təbliğat aparırlar. Seçiciyə müəyyən məbləğdə pul təkilf edərək, "Quran”a əl basdırır, onların namizədlərinə səs verəcəyini tələb edirlər. Bu canfəşanlıq deməyə əsas verir ki, Zurabişvilinin reytinqi çox aşağıdır və seçkilərdə uduzmaq ehtimalı böyükdür”.
Analitikin fikrincə, seçkilər birinci turdakı kimi insidentsiz və qismən demokratik keçirilərsə, Vaşadzenin qalib gəlməsinə heç bir şübhə olmayacaq: "Hətta bu halda proqnozum 75 faizin 25-ə Vaşadzenin xeyrinədir. Lakin hakim partiyanın seçkiyə kobud müdaxiləsi mümkündür və bu baş verəcəyi təqdirdə ölkədə ciddi qarışıqlıq olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual