İvanişvili ticarət təfəkkürlü adamdır
22:44 09.09.2016
Arxiv
430
“Ona görə də “Gürcü arzusu”nun hakimiyyətə gəlməsinin özü səhv idi”
Gürcüstanın hakim partiyasının qeyri-rəsmi lideri, milyarder Bidzina İvanişvili Prezident Georgi Marqvelaşvilini özünün ən böyük səhvi adlandırıb. O, səhvinə görə, ictimaiyyət qarşısında üzr istəməli olduğunu bildirib: "Georgi Marqvelaşvili siyasətə gəldiyim gündən bəri buraxdığım ən böyük səhvimdir. Prezident diametrik olaraq xarakterini dəyişib. O, özünü tapa bilməyən yeniyetmə kimidir. Mən bu problemi nəzərə almamışam. Hakimiyyətə gəlməzdən öncə bir Marqvelaşvili var idi, sonra isə dəyişdi”.
Məlumat üçün bildirək ki, Gürcüstanda baş nazirin müavini, energetika naziri Kaxa Kaladze və kənd təsərrüfatı naziri Otar Daneliya istefa verib. Hər iki nazir parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürüb. Qanunvericiliyə əsasən, seçkilərə qatılan deputatlığa namizədlər öz vəzifələrindən istefa verməlidir. İvanişvilinin sözləri və yaşanan digər proseslərlə bağlı "Şərq”ə açıqlama verən "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib ki, İvanişvilinin hakimiyyətə gəlməsinin özü səhv idi: "Saakaşvilidən sonra Gürcüstanda daha populist çıxışlarla, cazibəli sosial platforma ilə hakimiyyətə gəlmək zəruri idi. Çünki Saakaşvili dönəmində proseslər inkişaf etmiş, mühüm dəyişikliklər yaşanmışdı. Ondan sonra hakimiyyətə gələcək şəxs yüksək enerjiyə malik siyasi lider olmalı idi. İvanişvili ticarət təfəkkürlü adamdır, alış-veriş insanıdır. Onun vaxtı ilə hakimiyyətə gəlməsində sahib olduğu kapital, var-dövlət böyük rol oynadı. Yadımdadır, Borçalı bölgəsində ayda 1000 lariyə İvanişvilinin təbliğatını qururdular. Demək olar, bölgədə hər kəs onun təbliğatı ilə məşğul idi. Hakimiyyəti ələ alan İvanişvili siyasi imkanlardan maksimum bəhrələnərək biznesini genişləndirdi. Fikrimcə, İvanişvilinin özünün hakimiyyətə gəlməsi elə ən böyük səhv idi. Baş verən proseslər bunu deməyə əsas verir. O, hakimiyyətə gələndən sonra verdiyi vədlərin heç birinə əməl etmədi və mövcud stabil vəziyyəti mənfiyə doğru dəyişdi. İvanişvilinin səhvlərindən biri də onun azərbaycanlılara, "Borçalı” Cəmiyyətinə və şəxsən mənə qarşı olan münasibəti idi. Əlbəttə, bu, yanlış yanaşma idi. Mən Gürcüstanı İvanişvilidən çox istəyirəm. Amma onlar yalan vədlərlə bizi aldatdılar, toponimlərimizi bərpa etmədilər. Söz verdilər ki, guya, azərbaycanlı kadrlardan nazirlər, icra başçıları, qubernatorlar təyin edəcəklər. Sonradan aydın oldu ki, bu cür bəyanatlar sadəcə səs yığmaq üçün imiş. Çünki heç biri reallaşmadı”. Z.Məmmədliyə görə, bütün problemlərdən və səhvlərdən çıxış yolu odur ki, İvanişvili öz dəstəsini siyasi hakimiyyətdən çəksin: "Gedib alış-verişi ilə məşğul olsun. Gürcüstan kimi demokratik əsasların möhkəmləndiyi bir ölkədə ticarət təfəkkürlü siyasətçilərin hakimiyyətdə olması dövlət və cəmiyyət üçün faydalı deyil”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm