İvanka Tramp Qüdsdəki Amerika səfirliyinin açılış mərasimində - Video

Qüdsdə Amerika səfirliyinin rəsmən açılış mərasimi baş tutub.
"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, mərasimə amerikalı katib Stiv Mnuşin və prezident Donald Trampın qızı İvanka Tramp da qatılıblar. 
Və onlar rəsmi açılış zamanı Qüdsdəki yeni ABŞ səfirliyinə lövhə təqdim ediblər.
Səfirliyin açılış mərasimində İsrailin baş naziri Benyamin Netanyahu da çıxış edib. O qeyd edib ki,
Qüds həmişə Yəhudi dövlətinin paytaxtı olub və olacaq da:
"Mən bu qərar üçün ABŞ prezidenti Donald Trampa minnətdaram. Bu gün bizim üçün necə də şərəfli gündür. 
Qəzza zolağında fələstinlilərlə döyüşən İsrail əsgərlərinə də təşəkkür edirəm. Nəhayət, bu səfirliyin açılması İsraillə qonşuları arasında dayanıqlı sülhün təminatı olacaq".
Tərcümə etdi: Ayyət Əhməd