"JEK”lər özbaşına qiymət qoyur, işığı, qazı, suyu kəsir"
14:49 16.02.2017
Arxiv
1607
Sahib Məmmədov: "Mənzil İstismar Sahələri ləğv olunmalı, əvəzinə kommersiya qurumları yaradılmalıdır "
"Ölkədə tikinti sahəsində islahatlar həyata keçirilməlidir".
Bunu Sherg.az-a Azərbaycanda insanlarınn tikinti şirkətləri ilə bağlı şikayətlərini şərh edərkən "Vətəndaşların əmək hüquqları Liqası”nın sədri Sahib Məmmədov deyib.
O bildirib ki, rəhbərlik etdiyi təşkilat əvvəllər monitorinq apararaq, tikintidə paylı iştirak haqqında qanunun qəbul olunması təşəbbüsü ilə çıxış edib:
"Qanunun mahiyyəti ondan ibarətdir ki, yeni tikintiyə başlayan şirkət texniki mərtəbələri tikənə qədər heç kimdən pul götürə bilməz. Artıq yaşayış hissəsini tikəndən sonra şirkət payçılardan hissə-hissə pul almalı idi. Ödənilən pulların hamısı isə rəsmiləşdirilməli və sığorta olunmalı idi. Belə olan təqdirdə bütün risklər aradan qalxırdı. Bir çox şirkətlər heç bir qanun dinləmədən, vergi ödəmədən evlər tikir, pullarını nağd formada yığırlar və sakinlərlə qeyri-rəsmi münasibətlər üzərində işlərini qururlar. Belə hallar davam etdikcə, tikinti zamanı bir evin 5 nəfərə satılması, tikinti standartlarına əməl etməmək kimi hallar artır. Xüsusilə qaydaların ağırlığından şikayətlənirlər ki, bunlar məhz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, xüsusilə, Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul olunmur. Axırda isə insanlar həmin evlərdə məskunlaşdıqda problemləri yaşanır. Qaz, işıq və su kimi ciddi məsələlərdə məhdudiyyət yaranır”.
S. Məmmədovun sözlərinə görə, şəhərdə evlər var ki, illərdir istismar olunur, lakin qanunla istismara qəbul olunmayıb:
"İstismara qəbul olunan mənzillərdə isə başqa problemlər yaradılır. Məsələn, şəxslər mənzili alıb, istifadə edir. Onları idarə edən "JEK”lər isə özbaşına qiymətlər qoyur ki, hər kvadrat metrə görə, filan qədər pul verməlisən, verməsən işığını, qazını, suyunu kəsir. Mənzil məcəlləsi, mülki məcəllə və ya başqa qanunlar onlar üçün işləmir. Hər şirkət öz qaydalarını qoyur və bu zaman açıb, qanunlara da baxmır. Bu tənzimlənməlidir. Mənzil İstismar Sahələri ləğv olunmalı, əvəzinə kommersiya qurumları yaradılmalıdır. Yeni yaradılan binalarda onun statusu, yerləşdiyi ərazi və s. nəzərə alınmaqla vahid tarif müəyyən olunmalıdır”.
Qeyd edək ki, 2016-cı ildə Prezident Administrasiyasına daxil olmuş şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətlənirlər.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə