
Jurnalist qətlə yetirilən həyat yoldaşından yazdı: “Cənnətdə onunla təkrar qovuşmaq ən böyük arzumdur" - FOTO
12:03 26.09.2018
Arxiv
680
Jurnalist Sevil Nuriyeva "Facebook” səhifəsində ötən günlərdə Türkiyədə qətlə yetirilən həyat yoldaşı Etimad İsmayılov haqda paylaşım edib. O, həyat yoldaşının kişi kimi öldüyünü yazıb. "Bu dünya mərdləri də, namərdləri də ayırd edən yerdir. Nəhayətdə "Divan”a çıxacağıq. Mənim Etimadım mərd doğuldu, mərd kişi kimi bu aləmi tərk etdi”, - deyə o qeyd edib.
"Cənnətdə onunla təkrar qovuşmaq ən böyük arzumdur. Bu gün 7-ci gündür ki, bu aləmi tərk etdi. Mən ondan razıyam, dostları, iş gördüyü namuslu insanlar, qohumları ondan razıdır. Ağzı oruclu, qüsullu, ən son gün zəkat verərək dünyadan köçdü. Allah səndən razı olsun, canımın içi. Sən İlyası necə görmək istəyirdinsə, məni necə görmək istəyirdinsə - sənə söz verirəm – hamısı olacaq...
Bu gün dostlarından, dostlarımdan mülk və yasin surəsi oxumasını xahiş edirəm. Məni tək qoymayan, dualar edən, başsağlığı verən, mənim çiynimə çiynini söykəyən həqiqi dostlarımıza təşəkkür edirəm. Allah sizləri qorusun və dərd verməsin.

Bu dünyada nəfəsim bədənimdən çıxan günə qədər Allah üçün, məfkurəm üçün, mübarizəm üçün, Etimadım üçün, İlyasım üçün, dostlarım üçün yaxşı olmağa, mərd olmağa, mərhəmətli olmağa davam edəcəyəm. Acım dərindir və heç vaxt azalmayacaq.
Amma cənnətdə qovuşanadək dua edəcəyəm, Etimad. Səninlə fəxr etdim hər zaman... Səninlə birlikdə keçirilən hər an bir ömür qədər qiymətlidir, əzizdir, əzizim. Arxanda qoyduğun mərd adam adı üçün sağ ol, canım.
İlyasa qoyduğun ən qiymətli miras budur. Məni gözlə, əzizim, vaxt tamam olanda Allah cənnətində qovuşduracaq, inşallah”.
Qeyd: Sənə alçaqcasına, qorxaqcasına, şərəfsizcəsinə hücum edən murdar isə hər iki dünyada bimar olacaq. Allahın ədalətinə sonsuz şükürlər olsun. Və Türkiyə dövlətinin ədaləti hər şeyi, şübhəsiz, ortaya çıxaracaq. Qanımızı axıdan bişərəfin, namussuzun cəzasını ilahi ədalətə və Türkiyə dövlətinin ədalətinə buraxıram”, - deyə Nuriyeva yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm