İqtisadçı-ekspert Fuad İbrahimov yeni nazirin bu addımını təqdir edib və onun öz sələfi kimi kabinet naziri deyil, sahibkarlar, sadə camaat arasında olan nazir olduğunu göstərib:
Kabinetdən çıxdı...
Nazir qalstuksuz rayonları gəzirEkspertlər iddia edir ki, tezliklə kənd təsərrüfatı sahəsində dirçəliş görəcəyik
İqtisadçı-ekspert Fuad İbrahimov yeni nazirin bu addımını təqdir edib və onun öz sələfi kimi kabinet naziri deyil, sahibkarlar, sadə camaat arasında olan nazir olduğunu göstərib:
Azərbaycan Respublikası Kənd təsərrüfatı naziri İnam Kərimov rayonlara səfər edərək Nazirliyin yerli qurumları, özəl məhsul istehsalçıları və fermerlərlə görüşüb. Kənd təsərrüfatı naziri İnam Kərimov Ucar rayonunda Nazirliyin dəstəyi ilə tikilməkdə olan Ucar Pambıq Emalı Zavodu ilə tanış olub.
Nazir eyni zamanda "Aqrolizinq” ASC-nin Ucar Təchizat Bazasında olaraq, orada olan texnikaların mövcud vəziyyəti və lizinq yolu ilə məhsul istehsalçılarına verilməsi prosesi ilə tanış olub. Nazir tikintinin gedişi ilə tanış edilib, tapşırıq və tövsiyələrini verib. Daha sonra nazir İnam Kərimov Ucar rayonunun rayonlararası təchizat bazasında olub, bazada lizinq yolu ilə fermer və sahibkarlara verilən kənd təsərrüfatı texnikalarına baxış keçirib. O, həmçinin bazada gübrə anbarında saxlanılan mineral gübrələrin keyfiyyəti ilə də maraqlanıb.
Nazir təchizat bazasında bir qrup mexanizatorla görüşüb, onların problemləri ilə maraqlanıb və qarşılarına çıxan çətinliklərin aradan qaldırılması üçün onların təkliflərini dinləyib.
Nazir aqrolizinq tərəfindən keçirilən səyyar müşavirələr, toplantılar və ya iclaslarda bölgələrdən fermerlərin dəvət olunmasını və onların istək və arzularını nəzərə alaraq, operativ tədbir görülməsi barədə nazirliyin müvafiq qurumlarına tapşırıq verib.
Kənd təsərrüfatı naziri İnam Kərimov Qax rayonunda tütünçülərlə görüşüb. Görüşdən əvvəl nazir fermerlərin tütün şitillərini sahəyə köçürməsi prosesi ilə tanış olub və tütünçülərin qayğıları ilə maraqlanıb. Daha sonra nazir ipəkqurdunun paylanması prosesində iştirak edib.
Qeyd edək ki, səfər çərçivəsində nazirin qalstuksuz olması ictimaiyyət tərəfindən xoş qarşılanıb. Hətta deyilənə görə, onun görüşdüyü kənd sakinlərinin əksəriyyəti İ.Kərimovun nazir olduğunu belə bilməyib. Bu isə bizə şahların, padşahların dərviş paltarı geyinib məmləkəti gəzib dolaşaraq xalqın dərd-səri ilə maraqlanmasını xatırladır.
İqtisadçı-ekspert Fuad İbrahimov yeni nazirin bu addımını təqdir edib və onun öz sələfi kimi kabinet naziri deyil, sahibkarlar, sadə camaat arasında olan nazir olduğunu göstərib: "Ölkə prezidentinin Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırarkən gənc, idarəçilik qabiliyyəti yüksək olan kadrlara üstünlük verməsi ümidvericidir. O cümlədən də Kənd təsərrüfatı naziri İnam Kərimovun atdığı addımlar təqdirəlayiqdir. Hesab edirəm ki, bu cür davam etsə, yeni nazir bu sahədəki problemləri uğurla aradan qaldıracaq. Onun idarəetmə üslubunda və davranış qaydaların yenilik gətirməsi, regionlara səfər zamanı rayon rəhbərliyi ilə deyil, sahələrə baş çəkərək sadə fəhlələrlə görüşməsi, onların problemləri ilə maraqlanması alqışlanmalıdır. İnam Kərimov kimi bacarıqlı kadrın Kənd təsərrüfatı naziri vəzifəsinə gətirilməsi təsadüfi deyil. Bildiyimiz kimi, post-neft dövrünə qədəm qoyduğunu, bundan sonra qeyri-neft sektorunu inkişaf etdirəcəyini rəsmən bəyanlayan Azərbaycan hakimiyyətinin qarşısında duran əsas məsələlərdən biri də aqrar sahənin inkişafıdır. Elə adamlar var ki, ona qurulu sistemi əmanət edirlər, ancaq o, özünün yarıtmaz idarəçilik üsulu ilə həmin sistemi dağıdır.
Yeni Kənd təsərrüfatı nazirinin isə biz menecerlik fəaliyyətinə "ASAN” Xidmətdən bələdik. O, yenicə qurulmağa başlayan bir sistemi təkmilləşdirdi. Bu xidmət müstəqillik dönəmindən bura Azərbaycanın idarəçilik sahəsindəki şah əsərlərindən biri hesab olunur. Respublikamızda çox adam bu xidmətdən yararlanıb. Onun kənd təsərrüfatı sahəsində də analoji siyasət yeridəcəyinə inanıram”.
F.İbrahimovun sözlərinə görə, bəzi kənd təsərrüfatı ekspertləri yeni nazirin konkret sahə üzrə ixtisaslaşmadığını ön plana çəkərək onun uğurlarına kölgə salmağa çalışırlar. Ancaq bu, düzgün yanaşma deyil. Bu məsələyə sistem və konkret şəxsiyyət nöqteyi-nəzərindən yanaşmaq lazımdır:
"Razıyam ki, kənd təsərrüfatı çox mürəkkəb sahədir. Kənd təsərrüfatını mükəmməl menecer idarəetmə üsulu ilə yönləndirməklə müsbət nəticə əldə etmək mümkün olmayacaq. Lakin bu adam bir-bir təchizat sahələrini gəzib sahibkarlarla, əkin sahələrindəki işçilərlə görüşüb. Fermerlərlə yaxından işləmək və bu sahəni dərindən öyrənmək prinsiplərini özünə yol seçib. Bu da çox doğru seçimdir və sahibkarlar üçün bir stimuldur. Hesab edirəm ki, İnam Kərimov bu qaydada davam etsə, biz tezliklə kənd təsərrüfatı sahəsində sıçrayış görəcəyik. Biz keçmiş nazirlərin vaxtında da kənd təsərrüfatı sahəsində mövcud olan neqativ hallarla bağlı fikirlərimizi bildirmişik. İllərlə bu qurumun fəaliyyətini tənqid etmişik. Çünki nazir başda olmaqla qurumun bütün əməkdaşları kabinetdən çölə çıxmırdı. Xidməti maşın vasitəsilə evlə iş arasında var-gəl edirdilər. Yeni komandaya uğurlar arzulayıram. Ümid edirəm ki, nazir qarşısına qoyduğu öhdəlikləri layiqincə yerinə yetirəcək. İnam Kərimovun təcrübəsi və bilikləri sayəsində ölkəmizin aqrar sektoru inkişaf edəcək, bundan təkcə biz iş adamları deyil, bütövlüklə cəmiyyətimiz faydalanacaq. Ən azından biz artıq onun potensialına bələdik”.
Şəymən