Kafe və restoranlarda sosial məsafəni gözləməyənlər var
12:26 13.11.2020
Arxiv
572
“Avqust ayından etibarən ictimai iaşə müəssisələrinin ilkin olaraq açıq məkanlarda, sentyabr 8-dən etibarən isə qapalı məkanlarda fəaliyyətinə icazə verilib".
APA-nın məlumatına görə, bunu Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı regional bölməsinin rəisi Zaur Kərimov bildirib. Onun sözlərinə görə, günün müxtəlif saatlarında agentlik əməkdaşları ictimai iaşə xidməti müəssisələrinə baxış keçirir:
“Qayda pozuntularının əksəriyyəti maskadan düzgün istifadə edilməməsi ilə bağlıdır.
İkinci məsələ budur ki, sıxlıq normaları müəyyənləşdirilib, bildiyiniz kimi infeksiyanın yayılması da əsasən yaxın təmas vasitəsilə yayılır. İctimai iaşə müəssisələrində masalar arasında məsafənin 2 metr olması müəyyənləşib, amma bir çox məqamlarda buna əməl edilməməsi də müşahidə olunur.
Bəzən də müştərilər bir masa arxasında məsafəyə riayət etmədən əyləşirlər. Aparılan monitorinq zamanı bu müəssisələrin rəhbərləri bəzən müxtəlif bəhanələr gətirirlər.
Amma düşünməlidirlər ki, bu nəzarətlərə əməl etməmələri digər insanların yoluxmasına səbəb ola bilər. Eyni zamanda dezinfeksiya məhlullarından düzgün istifadə edilməməsi halları ilə qarşılaşırıq. Müxtəlif səthlərin dezinfeksiya olunması üçün müxtəlif dezinfektatlardan istifadə edilməlidir.
Bəzən görürük ki, bir cür yuyucu dezinfeksiya məhlulu ilə həm daha çox çirklənən ərazi təmizlənir, həm inventarların dezinfeksiyası həyata keçirilir, həm işçilər əllərini bununla dezinfeksiya edir. Bu da düzgün deyil. Əslində hər bir səth üzrə müəyyən dezinfeksiya vasitələri var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı