Elman Məmmədov: “Kaspişik bizə dost olmayan qüvvələrə işləyir. Bu, birmənalıdır”Qabil Hüseynli:“ Ermənistan müşahidə aparmaq üçün istifadə etdiyi bəzi qurğuları Kaspişikin köməkliyi ilə əldə edib”
ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin kimə və nəyə xidmət etdiyini dəfələrlə demişik. Hətta icmanın tərkibindəki görüşlərin birində ona sual verdim ki, bu monitorinqləri nə məqsədlə keçirir ? Keçirdiyi monitorinqlərin nəticələri ilə bağlı nə tədbirlər görür? Tələb elədim ki, bununla bağlı bizə məlumat versin. Amma suallarım və tələbim cavabsız qaldı”.
Bunu "Sherg.az” millət vəkili Elman Məmmədov A.Kaspişikin fəaliyyətini dəyərləndirərkən deyib.
Parlamnet üzvü diqqətə çatdırıb ki, Kaspişik başına özü kimilərini yığır və onlar cəbhə bölgələrinə səfər edirlər, təmas xəttlərinə və səngərlərə baxırlar:
"Bizim bütün hərbi məlumatlarımızı toplayırlar. Sonra bu məlumatlar hara və kimə ötürülür bunu bir Kaspişik bilir, bir də onun ağaları. Maraqlı sual hasil olunur ki, bu illər ərzində Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələri bir neçə dəfə dəyişiblər, amma Kaspişik niyə əvəz olunmur ? Çünki o, ağalarının verdiyi tapşırığı istənilən səviyyədə yerinə yetirir. Ən yüksək səviyyədə təminatı var, ən yüksək səviyyəli məkanlarda qalır.
O hər şeyi asan əldə edir. Hətta bir dəfə keçirdikləri monitorinq zamanı erməni tərəfi onların nümayəndələrini gülləbarana tutub. Niyə bunu Ermənistana irad tutmursunuz, sanksiya tətbiq etmirsiniz, bəyanat vermirsiniz ? Onu dəqiq deyə bilərəm ki, Kaspişik bizə dost olmayan qüvvələrə işləyir. Bu, birmənalıdır”.
Sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli söyləyib ki, Kaspişikə heç vaxt etimad göstərməyib:
"Bölgəyə səfər edir, gedir qondarma rejimin rəhbəri Bako Saakyanla görüşür. O bir neçə dəfə Azərbaycanın ziyanına olan təşəbbüslə çıxış edib. Təmas xəttində 15 kilometrə qədər müşahidə aparmaq gücünə malik olan kameraların qurulmasını təklif edib. Bu adam başa düşmür və ya başa düşmək istəmir ki, ermənilər Azərbaycan torpaqlarındadır. Azərbaycan başqasının ərazisini istəmir, öz ərazilərini azad etməyə çalışır.
Kaspişik kimiləri isə Azərbaycan torpaqlarında erməniləri bəsləyir. Belə məlumatlar da var ki, Ermənistan müşahidə aparmaq üçün istifadə etdiyi bəzi qurğuları Kaspişikin köməkliyi ilə əldə edib. Düşmən bu qurğularla Azərbaycan əsgərlərinin dislokasiyasiya sahəsini, arxa cəbhəni, bütövlükdə bölgədə olan hərbi texnikanı müşahidə edir. Bu faktlar deməyə əsas verir ki, Kaspişik Azərbaycanın əleyhinə fəaliyyət göstərir”.
Ayyət Əhməd