“Kəmər və Yol”a rəqib olacaq plan hazırlanacaq
15:24 12.07.2021
Arxiv
544
Avropa İttifaqı Avropanı dünyaya daha yaxından bağlayacaq yeni infrastruktur planı icra edəcək.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, Çin prezidenti Si Cinpin tərəfindən irəli sürülmüş və Asiya ilə Avropa arasında infrastruktur layihələri vasitəsilə xarici ölkələri təsir altına almağı hədəfləyən “Kəmər və Yol” təşəbbüsünə qarşı Aİ də 2022-ci ildən iddialı planı tətbiq etmək qərarına gəlib.
“Biz Çinin dünyanın hər yerində siyasi nüfuzunu artırmaq üçün iqtisadi və maliyyə vasitələrindən istifadə etdiyini görürük. Bu barədə boş-boşuna səs salmaqdansa, alternativ təklif etməliyik. Avropa İttifaqının onları ABŞ-la yaxından əlaqələndirməsi çox mühümdür”, - Almaniyanın xarici işlər naziri Heyko Maas deyib.
Qeyd edək ki, “Globally Connected Europe” – “Dünya bağlantılı Avropa” adı verilən yeni strategiyada Çinin adı çəkilməsə də, layihənin hazırlanmasında iştirak etmiş bir diplomatın təbirincə desək, 8 səifəlik sənədin “hər yerində Çin yazılıb”.
2013-cü ildən irəli sürülmüş “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Çin Cənub-Şərqi Asiya, Orta Şərqdə, Orta Asiyada, Avropa və Afrikadakı 60-dan çox ölkədə müxtəlif tikinti layihələri icra edib.
Daha əvvəl Aİ Avropa və Asiya arasında nəqliyyat, enerji, rəqəmli layihələrini əlaqələndirmək üçün Hindistan və Yaponiya ilə tərəfdaşlığa dair razılığa gəlib. Hər iki ölkə Çinin bu səxavəti nəticəsində kasıb ölkələrin böyük həcmdə borc götürərək Çindən asılı qalmalarından narahat olduqlarını bildiriblər.
Xatırladaq ki, iyunun 11-13-də keçirilmiş G7 zirvə görüşündə də infrastruktur tərəfdaşlığını genişləndirmək hədəfi ortaya qoyulmuşdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə