"Mütəxəssislər sovet dövründə çoxsaylı kənd təsərrüfatı texnikumlarını bitirdikdən sonra dövlət tərəfindən işlə təmin edilirdilər. İndi isə belə stimul yoxdur. Səbəb isə böyük təsərrüfatların olmamağıdır. Kənd təsərrüfatı müəssisələrinin çatışmazlığı, təcrübə sahələrinin qıtlığı aqrar təhsilə marağı da azaldır.
Kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsinə dair effektiv TƏKLİF
13:47 06.06.2018
Arxiv
965
Qadir Bayramlı:“Tələbələrin xaricdə aqrar təhsil alması, təcrübə keçməsi kənd təsərrüfatına təşviqin daha səmərəli olmasına kömək edəcəkdir”
"Mütəxəssislər sovet dövründə çoxsaylı kənd təsərrüfatı texnikumlarını bitirdikdən sonra dövlət tərəfindən işlə təmin edilirdilər. İndi isə belə stimul yoxdur. Səbəb isə böyük təsərrüfatların olmamağıdır. Kənd təsərrüfatı müəssisələrinin çatışmazlığı, təcrübə sahələrinin qıtlığı aqrar təhsilə marağı da azaldır.
"Kənd təsərrüfatı sahəsində mütəxəssislərin yetişdirilməsi, aqrar sahəyə təşviq ən vacib məsələlərdən biridir”.
Bu barədə "Sherg.az”a aqrar sahədə mütəxəssislərin yetişdirilməsi istiqamətində atılan addımlara münasibət bildirərkən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, kənd təsərrüfatı sahəsi üzrə ekspert Qadir Bayramlı danışıb.
O diqqətə çatdırıb ki, kənd təsərrüfatı sahəsi üzrə təhsilə marağı artırmaq vacibdir:
"Mütəxəssislər sovet dövründə çoxsaylı kənd təsərrüfatı texnikumlarını bitirdikdən sonra dövlət tərəfindən işlə təmin edilirdilər. İndi isə belə stimul yoxdur. Səbəb isə böyük təsərrüfatların olmamağıdır. Kənd təsərrüfatı müəssisələrinin çatışmazlığı, təcrübə sahələrinin qıtlığı aqrar təhsilə marağı da azaldır.Kənd təsərrüfatı ixtisaslarını seçən bakalavrlara əlavə təqaüdlərin ayrılması aqrar sahədə təhsilə təşviq üçün müsbət addımdır. Önəmli olan aqrar sahədə yetişən mütəxəssislərin işlə təmin olunmasıdır. Bu istiqamətdə təhsilin yüksəldilməsinə, təcrübə sahələrinin genişləndirilməsinə ehtiyac var”.
Q.Bayramlı onu da əlavə edib ki, tələbələrin kənd təsərrüfatı sahəsində beynəlxalq proqramlar çərçivəsində xarici ölkələrdəki böyük universitetlərə göndərilməsi effektiv olar:
"Tələbələrin xaricdə aqrar təhsil alması, təcrübə keçməsi kənd təsərrüfatına təşviqin daha səmərəli olmasına kömək edəcəkdir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı, tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək. Aqrar yönümlü ix¬-tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya