Kirayə mənzillərə sənəd qəbulu başladı
13:51 10.03.2020
Arxiv
435
Bu gündən İpoteka və Kredit Zəmanət Fondunun (Fond) kirayə mənzil mexanizmi üzrə elektron müraciətləri qeydə alınmış vətəndaşların sənədlərinin qəbuluna başlanılıb.
Gün ərzində 2 saylı Bakı “ASAN Kommunal” mərkəzi və Sumqayıt “ASAN xidmət” mərkəzində növbəlilik əsasında 75 vətəndaş baxılması üçün sənədlərini təqdim edib.
Sənədləri qəbul edilmiş vətəndaşların müraciətinə Fond tərəfindən ən geci beş iş günü ərzində baxılır. Vətəndaşın yaşı, kredit tarixçəsi və rəsmi gəlirləri əsasında kirayəyə yönəldəcəyi maksimal aylıq ödəniş məbləği və kirayə müqaviləsinin maksimal müddəti müəyyən edilərək bu barədə onların elektron kabinetinə bildiriş göndəriləcək. Bundan sonra həmin vətəndaşlar “Elektron ipoteka və kredit zəmanət” sistemi (EİKZS) vasitəsilə ödəniş qabiliyyətlərinə uyğun yaşayış sahəsini seçmək imkanı əldə edəcəklər. Yaşayış sahələrinin seçilməsi qaydası ilə EİKZS-də yerləşdirilmiş video-təlimat vasitəsilə tanış olmaq mümkündür.
EİKZS vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulu prosesi isə davam etdirilir. Məlumata əsasən, bu günədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:
EİKZS-də elektron kabinet yaradanlar7769
Müraciət formalaşdıranlar6436
Müraciət göndərənlər5283
Sənəd təqdim edənlər75
Müraciətləri qeydə alınmış vətəndaşların elektron kabinetinə sistem vasitəsilə sənədlərin qəbul tarixi və yeri barədə bildiriş göndəriləcək və SMS məlumat veriləcək. Vətəndaşlar yalnız bildirişdə qeyd olunan tarixdə sənədlərin qəbulu üçün “ASAN xidmət” mərkəzinə gəlməlidirlər.
Məlumat üçün bildiririk ki, sistem tərəfindən vətəndaşa növbə yalnız bir dəfə - müraciət anında verilir. Növbə aşağıdakı hallardan biri baş verdiyi təqdirdə dəyişir (yaxınlaşır):
- Vətəndaş müraciətindən özü imtina etdikdə;
- Tələblərə uyğun gəlmədikdə sistem tərəfindən onun müraciətindən imtina olunduqda;
- Tələblərə uyğun gəldiyi halda mənzil seçimini həyata keçirmədikdə və ya bu seçimdən imtina etdikdə;
- Fond tərəfindən yeni mənzillər alınaraq elektron sistemə daxil edildikdə.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalda oğurluq edən şəxslər saxlanılıblar
18:28 12.08.2026
Hadisə
50 manatlıq bir stəkan çay - İstehlakçıların başına oyun açılır
18:26 12.08.2026
Aktual
Mahmud Abbas Türkiyədə səfərdədir
18:18 12.08.2026
Dünya
Bakıda 16 istiqamətdə sıxlıq var
18:06 12.08.2026
İnfrastruktur
Mingəçevir su anbarında 22 yaşlı gənc batıb
18:02 12.08.2026
Hadisə
Ukrayna ordusu üç vilayətdə əraziləri azad etdi
17:51 12.08.2026
Dünya
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya