"Ulu Öndər Heydər Əliyevin Moskva-Bakı strateji tərəfdaşlıq münasibətlərinin formalaşmasında müstəsna xidmətləri olub”. Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Milli Məclisin üzvü bəyan edib ki, Azərbaycan-Rusiya münasibətlərinin dünəni və bugünü ilə bağlı səsləndirilən müsbət fikirlər reallığa uyğundur:
"1993-cü ilin iyun ayında xalqın təkidli tələbi hakimiyyətə gələn Heydər Əliyev prezident seçkilərini gözləmədən Ali Məclisin sədri kimi Azərbaycanı Müstəqil Dövlətlər Birliyinə daxil etdi. Əvvəlki hakimiyyət, yəni AXCP-Müsavat cütlüyü Rusiya ilə qonşuluq münasibətlərini korlamış, ikitərəfli əlaqələri düşmənçilik həddinə çatdırmışdı. Lakin Ümummillli Lider çox prqamatik bir siyasət həyata keçirdi və işğalçı Ermənistan istisna olmaqla bütün qonşularla münasibətlər qurdu. 1994-cü ilin sentyabrın 20-də, "Əsrin Müqaviləsi”nin imzalanması prosesində Rusiyanın nəhəng "Lukoyl” şirkəti də iştirak etdi və müvafiq payla təmsil olundu. Əlaqələrin ikitərəfli yüksək səviyyəyə qalxması eyni zamanda beynəlxaql təşkilatlarda da mövqelərimizi gücləndirdi. Ara-sıra Rusiya ilə bağlı anlaşılmazlıqla olsa da, biz qonşu dövlətlər olduğumuzun fərqindəyik.

Anlayırıq ki, bizi ortaq tarix və mehriban qonşuluq münasibətləri birləşdirir. Bu xətt məhz Ulu Öndər tərəfindən həyata keçirilib. Ümummilli Lider Heydər Əliyev Rusiya prezidenti Vladimir Putinlə anlaşıqlı, praqmatik və qarşılıqlı əməkdaşlığa söykənən bir siyasət formalaşdırmışdı. Kiselyovun vurğuladığı kimi bugün də Azərbaycan-Rusiya münasibətləri sürətli inkişaf tempinə malikdir. Azərbaycan dövlət başçısı cənab İlham Əliyev Ulu Öndərin siyasi kursuna sadiqlik nümayiş etdirərək Rusiya ilə münasibətlərdə eyni xətti qoruyub saxlayır. Biz bunun konkret nəticələrini görürük. Hər iki dövlət fundamental məsələlərdə ortaq mövqedən çıxış edirlər. Birinci Avropa Oyunları keçirilərkən bir çox Avropa dövlətləri oyunları boykot etmək istədiyi vaxtda Putin şəxsən Oyunlara qatıldı və Azərbaycanın yanında olduğunu göstərdi. Eyni zamanda Azərbaycan rəhbərliyi də Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara heç zaman qoşulmadı”.
Deputatın sözlərinə görə, hazırda iki tərəf arasında münasibətlər ən yüksək səviyyədədir:
"Bu ilin avqust ayında Prezident İlham Əliyevin Rusiyaya mühüm səfəri baş tutdu, tərəflər arasında 16 sənəd imzalandı. Sentyabrın 20-də Vladimir Putin Azərbaycana səfərə gəldi. Səfərlərin dinamikası ikili münasibətlərin hansı səviyyədə olduğunu göstərir. İki lider arasındakı dostluq əlaqələri rus və Azərbaycan xalqlarını da bir-birinə dost edir. 2018-ci il ərzində Azərbaycana ən çox turist Rusiyadan gəlib. 800 mindən çox rus ölkəmizi ziyarət edib”.
Qeyd edək ki, "Rusiya bu gün” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, məşhur aparıcı Dimitri Kiselyov deyib ki, Rusiya-Azərbaycan münasibətləri yalnız Qafqazda deyil, həm də daha geniş regionda sülh amilidir: "İndi Rusiya-Azərbaycan münasibətləri yalnız Qafqazda deyil, onun hüdudları xaricində sülh amilidir. Məsələn, Azərbaycan Rusiya ilə İran arasında, hətta bizim üçtərəfli layihələrimizdə bir tərəfdaş kimi uğurla fəaliyyət göstərir”. Dmitri Kiselyov vurğulayıb ki, Rusiya və Azərbaycan arasında müasir qarşılıqlı sərfəli və konstruktiv strateji münasibətlərin formalaşmasına Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev əhəmiyyətli töhfə verib: "Mənə elə gəlir ki, o, sağlam təməl qoydu. Heydər Əliyevin ideyası Rusiya-İran-Azərbaycan münasibətləri üçbucağını qurmaq idi və bu üçbucaq kifayət qədər balanslaşdırılmışdı. Bunun sayəsində Rusiya-Azərbaycan münasibətləri Xəzər dənizində nizama salınmanın amili oldu”.
İsmayıl