
"Komandir" - Raquf Orucov haqqında roman çap olundu - FOTO
09:15 02.04.2019
Arxiv
563
Əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş "Komandir” romanı işıq üzü görüb.
Kulis.az-ın verdiyi xəbər görə, Aprel döyüşlərinin üçüncü ildönümü münasibəti ilə "CBC” nəşriyyatında çap olunan kitabın müəllifi Şərif Ağayardır.
Müəllifin bildirdiyinə görə, bu mövzular Azərbaycan oxucusu üçün tanış olsa da "Komandir” xeyli fərqli üslubda qələmə alınıb:
"Ən vacibi onun formasıdır. Bütövdür, fərqlidir, bizim mühitimiz üçün tamamilə yenidir. İkincisi, Raquf Orucovu mən bir çox oxşar kitabların qəhrəmanı kimi pafosla təqdim etməmişəm. Heç təxəyyülümü işə salmağa da xüsusi səy göstərməyə ehtiyac duymadım. Çünki həyatı çox zəngindir. Baxmayaraq ki, əməliyyatlarının heç birindən heç nə danışmayıb, amma bunları bilən və danışan adamları tapmaq çətin olmadı.”

Müəllif kitabla bağlı daha sonra bunları deyib:
"Raquf Orucovu bu cür yaxından tanıdığım üçün taleyimə minnətdaram. O, torpaqlarımızın geri qayıdacağına məni xeyli inandırdı. Bir gün o möhtəşəm hadisə baş versə, bu, mənim düşüncəmə görə, hamıdan çox Raquf Orucova görə olacaq. Mən onun şəxsində peşəkar, ləyaqətli və yenilməz Azərbaycan zabitini tanıdım, kəşfiyyatın nə olduğunu öyrəndim, gənclərimizin torpaq uğrunda nə qədər zəhmətlər çəkdiyinin şahidi oldum. Ümidvaram ki, yazdığım kitab onun adına layiqdir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi