Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib
08:37 21.02.2019
Arxiv
433
Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib.
"Sherg.az"ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımına həsr olunmuş "Xocalı soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə deyib.
R.Rzayev bildirib ki, çox təəssüflər olsun ki, 27 il əvvəl xalqımıza qarşı belə bir ağır cinayət törədilib: "Xalqımız çox ağrılı bir gün yaşayıb. Koçaryan, Sarkisyan hakimiyyəti nəinki bu soyqırımı təşkil ediblər, onun birbaşa iştirakçıları olublar. Ona görə də bu soyqırım xüsusi amansızlıqla törədilib. Vaxt gələcək, Xocalı soyqırımını törədən canilər beynəlxalq trubunal qarşısında cavab verəcəklər”.
Komitə sədri qeyd edib ki, Azərbaycan torpaqları bu gün də işğal altındadır, dünyanın ən böyük hüquqi təşkilatı olan BMT-nin torpaqlarımızın azad edilməsi ilə bağlı qəbul etdiyi qətnamələr hələ də yerinə yetirilməyib: "Amma inanıram ki, yaxın gələcəkdə biz buna nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Bugünkü siyasət torpaqlarımızın sülh yolu ilə azad edilməsidir. Ancaq vaxtı çatanda Azərbaycanın tam hüququ da var ki, güclü ordusu hesabına ərazi bütövlüyünü təmin etsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm