Komitə sədri: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar
08:12 21.02.2019
Arxiv
344
Biz bir an belə Xocalı soyqırımını unutmamalıyıq və bütün dünyanı da məcbur etməliyik ki, bunu yaddaşına həkk etsin.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində "Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə deyib.
Komitə sədri deyib ki, Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanda və digər ölkələrdə tədbirlər keçirilir:
"Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ölkədə ciddi işlər görülüb və bu gün də davam edi. Soyqırımına hüquqi-siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə olub. Soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun da danılmaz əməyi olub. Görülən işlərin nəticəsi olaraq bu soyqırımının tanınması baxımından müsbət irəliləyişlər əldə edilib. Çünki ölkədə xalqın birliyi var və dövlət başçısına bu istiqamətdə gördüyü işdə dəstək olmalıyıq".
M.Qurbanlı bildirib ki, Xocalıda törədilənlər insanlıq əleyhinə qarşı törədilmiş cinayətdir: "Bu cür cinayətkarlar harada olmalarından asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Xocalı soyqırımını törədənlərin başında duran Sarkisyan, Koçaryan bir gün bu cinayətə görə cavab verməli olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm