Komitə sədri ziyarətlərin təşkilinə dair xəbərdarlıq etdi: Məşhədə, Kərbəlaya getmək...
10:58 29.04.2019
Arxiv
544
"Bəziləri dövlətə yazır ki, məni həccə göndərin. Şeyxülislama da çoxlu sayda belə məktublar gəlir ".
ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qrumularla İş üzrə Ddvlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M.Qurbanlı qeyd edib ki, həccə getməyin şərtləri var: "Axı dövlət başçısına belə məktub yazmaq düzgün deyil. Həccin özünün şərtləri var. Din xadimləri yerlərdə insanlara bunu izah etməlidir. QMİ sədrinə onlarla belə məktub gəlir. Axı fiziki cəhətdən də onların hamısını həccə göndərmək mümkün deyil".
M.Qurbanlı Məşhədə, Kərbəlaya ziyarət təşkil edənlərin bir çox halda bunu biznesə çevirdiyini söyləyib: "Bəziləri orada pulsuz vəziyyətdə qalır, dövlət onların qayıtmasına kömək etməli olur. Yaxud uşaqlar aparılır, orada itir. Ona görə də din xadimləri bu məsələyə nəzarəti artırmalıdır.
Qanunvericilikdə də bu məsələlər sərtləşdiriləcək. Məşhədə, Kərbəlaya getmək səyahət deyil, ziyarətdir. Bu səfərə gedənlər kiminsə təsirinə də düşə bilər. Yerlərdə çalışan qazılar, imamlar bu kimi işlərlə məşğul olanlarla təmas qurmamalıdır. Bu, gələcəkdə sistemli şəkildə QMİ-nin nəzarətində olmalıdır. Bəzən məsciddə çalışan kimsə belə səfərlərə dəstək olur, bu da QMİ-nin nüfuzuna zərbə vura bilər. Bu ziyarətləri təşkil edənlərin çoxunun dinə aidiyyatı yoxdur, turist səfəri kimi qazanc məqsədi ilə təşkil edirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ generalı Odessaya səfər edib
17:55 21.08.2026
Dünya
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə