Könül Xasıyevanın oğlunun səhhəti pisləşdi - CANLI EFİRƏ GƏLƏ BİLMƏDİ
07:05 28.02.2018
Arxiv
1063
Xalq artisti Könül Xasıyevanın oğlu Kazımın səhhətində problemlər yaranıb. Lent.az-ın məlumatına görə, xalq artisti bu barədə "APA TV”-nin "Show time” verilişində deyib. O bildirib ki, oğlunun səhhətində yaranan nasazlığa görə efirə qatıla bilməyib:
"Çox təəssüf edirəm ki, Kazımın və öz səhhətimlə əlaqəli canlı efirə gələ bilmədim. Salamatçılıq olsun. Əsas odur. Mənim bir övladım var. O da xəstəlikdən əziyyət çəkir. Ona qrip olmaq olmaz. Amma indi ölkədə yayılan qrip virusu oğlumu da tutub. Yəqin ki, Kazıma da məktəbdə uşaqlardan keçib. Qrip mənə də keçib. O üzdən ikimiz də yataq rejimində müalicə götürmüşük”.
Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir. O, bir müddət öncə övladı barədə danışarkən bu sözləri demişdi: "Son iki ilimi oğlumun sağalmasına qurban verdim. Çox şükürlər olsun ki, böyük əziyyətlərdən sonra oğlum sağlamlığına qovuşdu.
Həyatda hər şeyi qazanmaq olar, amma övladı heç nə əvəz etmir. Mən iki il müalicələrimə ara verdim. Bu da mənim səhhətimə ciddi təsir etdi. Onurğamda problem yaranıb. Onurğam iflicdi. Çox güclü stress yaşayıram. Valideynin övladının itkisi qorxusu ilə yaşaması cümlələrə sığmayacaq bir şeydir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou