Könül Xasıyevanın səhhəti pisləşdi: "Sistem altındadır"




"Könül xanımın vəziyyəti yaxşı deyil”. 

Bu sözləri Lent.az-a xalq artisti Könül Xasıyevanın bacısı deyib. O bildirib ki, xalq artistinin vəziyyəti yaxşılığa doğru getmir: "Dünənkinə baxanda vəziyyəti yaxşı deyil. Evdə olsa da, həkim nəzarətindədir. Hazırda sistem altındadır. Telefon zənglərinə də mən cavab verirəm”.


Qeyd edək ki, K.Xasıyeva uzun zamandır onurğa iflicindən əziyyət çəkir.