Koronavirusa yoluxan Elgizi “Semaşko”ya yerləşdirdilər

ARB telekanalının aparıcısı Elgiz Əkbərin bir həftədir efirə çıxmaması müzakirələrə səbəb olub.
“Shownews”un məlumatına görə, aparıcı koronavirusa yoluxub. Xəstəliyi ağır keçirən aparıcını 1 saylı Şəhər Klinik Xəstəxanasına (“Semaşko”) yerləşdiriblər. Elgizin vəziyyəti hazırda normal hesab edilir.
Qeyd edək ki, “Elgizlə İzlə” verilişini həmkarı Afət Rahilqızı aparır.