Kreml helikopterin vurulması ilə bağlı Azərbaycanın üzrxahlığını niyə qəbul etdi? - AÇIQLAMA
08:30 13.11.2020
Arxiv
512
"Azərbaycanın anında reaksiya verməsi helikopterin vurulması ilə bağlı üzrxahlığı qəbul etməmizə imkan verdi”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, həqiqətən fəlakətdir, faciədir, iki hərbçimiz həlak olub, bu, əlbəttə ki, bütün hərbi komandirlərimiz və silahlı qüvvələrdə xidmət edən bütün insanlarımız və bütün vətəndaşlar üçün ağrıdır. Azərbaycanlıların ani reaksiyası, Azərbaycan Prezidentinin ani reaksiyası və Azərbaycanın vəziyyəti qərəzsiz araşdırmağa və təqsirkarları cəzalandırmağa hazır olduğunu elan etməsi bizə bu üzrxahlığı qəbul etməyə imkan verdi", - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, noyabrın 9-da Ermənistanın Azərbaycan sərhədi yaxınlığındakı ərazisində Rusiyaya məxsus “Mi-24” helikopteri vurulub, nəticədə iki pilot həlak olub, biri yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı dərhal bəyanat yayaraq bildirib ki, helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib. Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib. Bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib.
Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib.
Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfinə üzrxahlığını bildirib.
Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə də başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını diləyib.
Azərbaycan müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu da bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya
Naxçıvanda kişi arvadını və baldızını bıçaqladı
22:53 26.09.2026
Hadisə