"Kriptovalyutaların qiyməti tez-tez dəyişir. Bəzən görürsən ki, maksimim həddə qalıxıb, bəzən də bu şəkildə enib. Artıq bu qeyri-sabitlik kriptovalyutalarda adi hala çevrilib. Onun müvafiq dəyər itirməsində də qeyri-adi heç nə yoxdur. Çünki bir müddət əvvəl kriptovalyutaların dəyəri yüksəldi.
"Kriptovalyuta sabitlik cəhətdən özünü doğrultmayan bir ödəniş vasitəsidir"
14:33 05.06.2018
Arxiv
575
"Kriptovalyutalarda baş verən bu qiymət ucuzlaşması normal haldır”
Bu barədə "Sherg.az”a kriptovalyutaların kəskin ucuzlaşmasından danışarkən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.
Onun sözlərinə görə, kriptovalyutalar hələ özünü sabitlik cəhətdən doğrultmayan bir ödəniş vasitəsidir:
"Kriptovalyutaların qiyməti tez-tez dəyişir. Bəzən görürsən ki, maksimim həddə qalıxıb, bəzən də bu şəkildə enib. Artıq bu qeyri-sabitlik kriptovalyutalarda adi hala çevrilib. Onun müvafiq dəyər itirməsində də qeyri-adi heç nə yoxdur. Çünki bir müddət əvvəl kriptovalyutaların dəyəri yüksəldi. Xüsusən də bitkoinlər bu sahədə daha aktivdir. Hələ onda biz ekspertlər qeyd etmişdik ki, onun dəyərinin artması tendensiyası sübut edirdi ki, bu, hardasa özünü doğrultmamış bir yenilikdir. Onun gələcəkdə maliyyə bazarlarının özündə kök atması, genişlənməsi hələ qarşıdakı illər ərzində gözlənilirdi. Ona görə də, qeyd etdiyim o qiymət ucuzlaşması prosesi təbii bir tendensiyadır. Bu, yuxarıda dediklərimin dolayısı ilə təsdiqidir”.
Qeyd edək ki, dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti son bir neçə gün ərzində müxtəlif istiqamətlərdə dəyişib. Bitkoin 7,6 min dollara alınıb satılır. Mütəxəssislər yaxın zamanlarda kriptovalyutanın qiymətinin kəskin düşə biləcəyini deyir. Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,08% ucuzlaşaraq 7,615 dollar təşkil edib. Alternativ kriptovalyutaların qiymətində artım qeydə alınıb. Belə ki, "Ethereum" 0,83% və ya 608,97 dollaradək, "Ripple" 2,95% (0,672 dollara qədər) , "Bitcoin Cash" 3,74% (1,15 min dollaradək) bahalaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 345,16 milyard dollar təşkil edir və bunun 38 faizi bitkoinin payına düşür.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm