
KTMT üzvləri Paşinyana yerini göstərdi: "Ermənistan bundan sonra Kremlə naz və ərköyünlük edə bilməyəcək"
12:16 25.12.2018
Arxiv
573
"KTMT-nın Azərbaycana qarşı istifadə edilməsi mümkünsüzdür. Çünki bu quruma üzv dövlətlərlə Azərbaycanın çox yaxşı münasibətləri var”. Bunu "Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Analitik bildirib ki, ermənilər Rusiyanı KTMT-ya üzv olmayan bir dövlətə silah və hərbi texnika satmaqda qınayırdı, ancaq layiqli cavablarını aldılar:
"İrəvanda hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvələr bu qurumu az qala Ermənistanda dövlət çevrilişində, konstitusiya quruluşunun dəyişdirilməsində, 2008-ci il martın 1-də baş verən hadisələrdə ittiham edirdilər. KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun tutulması və daha sonra Moskvanın tələbi ilə sərbəst buraxılması bunu təsdiqləyir. Bu davranışına görə Ermənistan hakimiyyətinə öz yeri göstərildi. Fikirmcə, Ermənistan bundan sonra Kremlə əvvəlki kimi naz və ərköyünlük edə bilməyəcək. Elə Rusiya da Ermənistanın ədalarına dözməyəcək”.

Siyasi şərhçinin sözlərinə görə, təşkilatın baş katib məsələsi artıq həll edilib: "Bu vəzifəyə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas təyin olunub.
Qazaxıstan, Qırğız Respublikası, Rusiya və Tacikistan Belarus təmsilçisinin namizədliyinə dəstək veriblər. Nikol Paşinyan bu yaxınlarda verdiyi müsahibədə vəzifəyə iddia etmədiklərini vurğulamaqla, geri çəkildiyini göstərib. Bu baxımdan Ermənistanın KTMT baş katibi vəzifəsi postunun qapısı bağlanıb”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə