Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
07:36 11.08.2018
Arxiv
535
Azərbaycan-İran sərhədində dövlət sərhədinin pozulmasının qarşısı alınıb, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) "Report"a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
Bu ilin avqust ayında DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində sərhədboyu zona ərazisində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, həmçinin 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Birinci hadisə avqustun 3-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində baş verib. Qabaqlayıcı əməliyyat məlumatı əsasında Cəlilabad rayonu Suluçeşmə kəndinin yaxınlığında "Pusqu” sərhəd naryadının xidməti təşkil olunub. Saat 01:30 radələrində "VAZ-2172" markalı 99-GL-017 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin həmin əraziyə yaxınlaşması, avtomobildən düşən 1 nəfər şəxsin yol kənarından ağ rəngli bağlamanı götürməsi müşahidə olunub. Həmin şəxs sərhəd naryadı tərəfindən təqib edilərək yaxalanıb, əlindəki bağlamada 3 kq tiryək aşkar olunub. Saxlanılmış şəxsin Azərbaycan Respublikasının vətəndaşı Cəlilabad rayonunun sakini, 1987-ci il təvəllüdlü Baxşəliyev Xəyal Əli oğlunun olması müəyyən edilib.
İkinci hadisə avqustun 8-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən qeydə alınıb və sərhəd zastavasına məruzə olunub. Sərhəd zastavasının şəxsi heyəti "Silaha” komandası ilə qaldırılıb və hadisə yerinə hərəkət edilib. İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq mühəndis-texniki çəpərə doğru hərəkət edən 1 nəfər şəxs saxlanılıb. Şəxsiyyətini təsdiq edən heç bir sənədə malik olmayan sərhəd pozucusu İran İslam Respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Əli Abdullanicat Soltanhüseyin olmasını bildirib, üzərində 1 ədəd mobil telefon, 2 800 000 İİR rialı, 1 ədəd kəsici bıçaq, 1 ədəd qızıl üzük və 1 ədəd bankomat kartı aşkar olunub.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya