Kürəyi düz saxlamaq küt ağrılar yaradır- ARAŞDIRMA







"Kürəyini düz saxla!" - bu cümləni özümüz uşaqlıqda çox eşitmişik, indi də uşaqlara deyirik. Çünki hesab edirik ki, belimizi dikəldib, kürəyimizi xətkeş kimi düz saxlamaqla onurğa sütunumuzu qoruyuruq. 

Sherg.az xəbər verir ki, Kanada alimləri israr edirlər ki, belə düz oturmaq sağlamlığa zərər vura bilər. Onların araşdırmaları göstərir ki, beli düz saxlayaraq oturmaq - budlar və korpusun arasındakı bucaq 90 dərəcəyə bərabər olduqda - ağrının yaranmasına səbəb ola bilər. Alimlər əvvəllər kürəklə bağlı heç bir problemi olmamış, amma müxtəlif vəziyyətlərdə - irəli əyilərək, kürəyini düz tutaraq, azacıq geri qanrılaraq və kreslonun söykənəcəyinə söykənərək əyləşmiş, yetkin yaşlı 22 nəfər sağlam insanı müşahidə ediblər. Gövdəni irəli əyərək, oturuş vəziyyəti kürək üçün ən təhlükəli hal hesab edilib. Alimlər aşkar ediblər ki, yarımoturaq, gövdəni 135 dərəcə arxaya verərək əyləşmək vəziyyəti onurğa sütununa ən az ağırlıq salır, çünki bu sayaq yayxanma insanın rahatca uzandığı vəziyyətə ən yaxın haldır.