Lənkəranda zəlzələ oldu




Lənkəranda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, bu gecə saat 03:54:41-də Lənkərandan 15 km şimal-qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.1, dərinliyi 10 km olub.
Zəlzələ hiss olunmayıb.