Lənkəranskinin qətlinin üstü AÇILDI
11:44 01.11.2016
Arxiv
403
Onu "göyərti kralı" Canpolad Şamiloğlununm qisasını almaq üçün öldürüblər
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin güllələnməsi ilə bağlı yeni məlumat yayıb. modern.az xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə bu barədə Rusiyanın agentliklərinə danışıb.
O bildirib ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş "göyərti kralı" Canpolad Şamiloğlununm qisasını almaq üçün öldürüblər.
Mənbə qeyd edib ki, Rusiya xəfiyyələri operativ yolla bu cinayətin açılmasını praktiki olaraq bacarıblar.
"Bütün bunlar Canpolad Şamiloğlunun qətli araşdırılarkən məlum olub. Məlum olub ki, Şamiloğlunun aradan götürülməsi üçün Rövşən Canıyevin qruplaşmasından iki killer cəlb olunub. Xəfiyyələr onu da aydınlaşdırıblar ki, Canpoladın aradan götürülməsi tapşırığını onunla münaqişədə olan Lənkəranski şəxsən veribmiş"-deyə o əlavə edib.
Qeyd edək ki, Rövşən Lənkəranski avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində güllələnib. O, şəhərin "Barbaros" bulvarındakı otellərdən birində keçirilən toplantıda iştirak edib və "90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb.
R.Lənkəranski və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədənlər naməlum istiqamətdə qaçıblar.
Rövşən Lənkəranski 1975-ci il yanvarın 27-də Lənkəran şəhərində doğulub. O, gənc yaşlarında atasının qatilini məhkəmə zalında güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.
Rusiyada yaşayan Rövşən Lənkəranskinin "Ded Xasan”ın qətlindən sonra - 2013-cü ildə Dubaya (Birləşmiş Ərəb Əmirliyinə) getdiyi deyilirdi. Dubayla yanaşı o, mütəmadi olaraq İstanbulda da görünürdü.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm