Liderlərin dostluğu dövlətləri gücləndirir
08:26 25.12.2018
Arxiv
355
Putin İlham Əliyevi təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi dəyərləndirib
Rusiya və Azərbaycan ikili münasibətləri aktiv şəkildə inkişaf etdirən mühüm strateji tərəfdaşlardır. İki ölkənin liderləri və hökumətləri arasında bütün səviyyələrdə qarşılıqlı anlayış var. Xüsusən, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında yaxın dostluq əlaqəsi mövcuddur. Məhz liderlərin sayəsində Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün istiqamətlərdə inkişaf edir. Dövlətlər arasında 2018-ci ildə iqtisadi və ticari əlaqələrin inkişafı baxımından bir çox razılıqlar əldə olunub, əhəmiyyətli sənədlərə imza atılıb. Moskvanın rəsmi Bakıya olan dost münasibəti cənab Putinin həmkarı İlham Əliyevə ad günü ilə bağlı göndərdiyi təbrik məktubunda və zəngində də öz əksini tapıb. Kreml rəhbəri Prezident İlham Əliyevi təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi dəyərləndirib. Bəyan edib ki, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində dövlət başçısı İlham Əliyevin rolu əvəzsizdir. Putin iki dövlət arasındakı münasibətlərin, ilk növbədə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa söykəndiyini vurğulayıb. Rusiya liderinin məktubunda yer alan ifadələr Azərbaycan dövlət başçısının şəxsiyyətinə qoyulan böyük hörmətin və dünya siyasətində yüksək nüfuzunun göstəricisidir. Bir məqamı da xatırladaq ki, Putin Ermənistandakı seçkidən sonra Nikol Paşinyanı təbrik etməyib. Bu fakt Moskvanın rəsmi Bakıya hansı gözlə baxdığını bir daha ortaya qoymuş olur.
İki dövlət arasındakı strateji tərəfdaşlıqla bağlı "Şərq”ə danışan Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü Aydın Mirzəzadə deyib ki, Azərbaycan və Rusiya liderlərinin səyi nəticəsində iki ölkənin münasibətləri ən yüksək həddə çatıb. Deputatın sözlərinə görə, iki ölkə arasında siyasi, iqtisadi, hərbi və beynəlxalq platformalarda olduqca müsbət əməkdaşlıq mövcuddur:
"Rusiya və Azərbaycan liderlərinin bir-birinə olan xoş münasibəti və verdikləri əmək iki ölkəni regionda ciddi tərəfdaşa çevirib. Azərbaycan Rusiya üçün etibarlı tərəfdaş, mehriban qonşu və beynəlxalq platformalarda birlikdə hərəkət edə biləcəyi dost ölkədir. Rusiya da Azərbaycan üçün etibarlı qonşu və çoxsaylı azərbaycanlıların daimi yaşadığı ölkədir. Münasibətlərin bu səviyyəyə yüksəlməsində prezidentlərin şəxsi əlaqələri böyük rol oynayıb. Prezident Putinin Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda ifadə etdiyi sözlər də münasibətlərin səviyyəsini özündə ehtiva edir”.
Parlament üzvünün sözlərinə görə, Azərbaycanın dövlət başçısı regionda sabitliyi qoruyan, irəli sürdüyü layihələrlə nəinki ölkəmizə, eləcə də regionda onlarla ölkəyə dividend gətirən böyük siyasi fiqurdur:
"Azərbaycan liderinin bacarığı, diplomatik qabiliyyəti bütün dünya ölkələrinin rəhbərləri, o cümlədən, Rusiya lideri tərəfindən qəbul edilir. Azərbaycan-Rusiya əlaqələri və iki liderin münasibətləri hər iki ölkə ictimaiyyəti tərəfindən qəbul olunur, alqışlanır. Ümumiyyətlə, dünyada sülhün başlıca amili ölkələr arasındakı münasibətlərin yaxşı olmasıdır. Azərbaycan-Rusiya münasibətləri bunun üçün bir nümunə ola bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm
Əfqan Sadıqovun məhkəməsi başlayıb
14:26 23.10.2026
Cəmiyyət
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
14:17 23.10.2026
Gündəm
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
14:01 23.10.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:56 23.10.2026
Gündəm