Lotu Quliyə qarşı müxalifət müharibəyə başladı




Azərbaycanlı "qanuni oğru” Lotu Qulinin son zamanlar bir neçə adamı döyüldüyündən, əməliyyatçılar tezliklə cavab hərəkətlərini gözləyir.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, kriminal aləmdə vəziyyət qısa müddətdən sonra yenidən gərginləşib.

Bu dəfə "müharibə” Azərbaycan mafiyasının nümayəndələri arasında yetişir.

Azərbaycandan olan bütöv "qanuni oğru” qrupu Azərbaycan qanqsterləri arasında mübahisəsiz lider olan Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifova meydan oxuyur. Artıq Qulinin bir neçə adamı döyülüb, atışma da olub.

Səlifovun ad-sanına bələd olan əməliyyatçıların tezliklə onun opponentlərinin və tərəfdarlarının "ovu”na başlayacağı da istisna olunmur.

Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, uzun danışıqlardan sonra 4 azərbaycanlı "qanuni oğru” Quliyə qarşı müxalifət yaratmaq və bundan sonra birgə fəaliyyət göstərmək qərarına gəlib.

Söhbət Rafiq Eyvazov (Rafiq Masallılı), Cavid Məmmədov (Dato Ağcabədili), Emin Əhmədov (Emin Hacıqabullu) və Ceyhun Əskərov (Ceyhun Gəncəlidən) gedir.

Bu zaman onlar müəyyən dəstək də alıblar. Məlum olan budur ki, həmin "kriminal generallara” əvvəllər Rövşən Lənkəranski ləqəbi ilə məşhur olan Rövşən Canıyevin klanına daxil olan suxumili "qanuni oğru” qruplaşması da yardım etməyi öhdəsinə götürüb.

Məlumata görə, 2016-cı ilin yayında İstanbulda öldürülən Rövşənin Rusiya paytaxtı regionundakı ən iri pərakəndə-topdansatış mərkəzlərindən birində işini davam etdirən Zaur Lənkəranlı son zamanlar da bəzi müxalifətçilərlə birgə görünüb.

Orada Rafiq, Dato, Emin və Ceyhunun da payları olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarındakı həmsöhbətin sözlərinə görə, müxalifətçilərin yaraqlıları artıq seriya uğurlu artıq "əməliyatlarla” fərqləniblər.

Onlar təklikdə təkcə Moskvada deyil, həm də digər ölkələrdə ova çıxır və Qulinin "krışalıq” etdiyi biznesmenləri, eləcə də onun qruplaşmasının üzvlərini döyürlər.

Azərbaycanda qeydə alınan belə çəkişmələrdən biri atəşlə müşayiət olunub.

Həmin mənbə qeyd edib ki, adıçəkilən "qani oğrular”ın birləşib ona xəbərdarlıq etmələri Quli üçün gözlənilməz olub. Lakin o tezlklə özünə gəlib və artıq əməliyyat hazırlığına başlayıb.

Çünki əməliyyatçılar şübhə etmirlər ki, Səlifov çox uzun qanlı şleyfə tərəf sürüklənir. Bu səbəbdən tezliklə Moskvada da avtomat silahdan və tapançadan açılacaq atəş səslərinin eşidiləcəyini gözləyirlər.

"Emin uzun müddətli həbsdədir, qalan 3 nəfər müxalifətçi gah Moskvada, gah Bakıda, gah da digər ölkələrdə olurlar. Ona görə Qulinin adamları onları istənilən yerdə haqlaya bilər”, - mənbə belə güman edir.

Dörd müxalifətçidən hər birinin Lotu Quliyə nifrəti üçün şəxsi əsasları var. Rafiq Eyvazovun Səlifovla heç vaxt böyük dostluğu olmayıb. Bundan əlavə, o 2013-cü ildə dəmir barmaqlıqlar arxasına düşüb, Lotu Quli isə Rafiqin "oğru” olmadığı haqda şayiə buraxıb.

Onlar bir neçə il bir-biri ilə dost kimi görüntü yaradıblar, lakin 2017-ci ildə münasibətləri müharibə vəziyyətinə çatıb. Bunun nəticəsində Səlifovun adamları Eyvazovu Türkiyədə ələ keçirərək qulağını kəsiblər.

Cavid Məmmədov bir müddət öz yerini tapmağa çalışaraq Moskvada yaşayıb. Lakin bu onda digər "qanunçular” arasında nüfuzundan istifadə etmədiyinə görə uğurlu alınmayıb. Hər şey uğursuz nəticələnib: öz "tikə"sinin axtarışında Dato Ağcabədili Səlifovun maliyyə maraqlarına toxunub.

Cavab yubanmadan verilib. Qulinin yaraqlı qruplaşması Məmmədov olduğu yerə soxularaq onun ətrafındakı adamları vəhşicəsinə döyüblər. Datonun özünə toxunmayıblar (sıravi quldurlar "qanuni oğru”ya əl qaldıra bilməzlər), ancaq təkidlə burnunu hər yerə soxmamağı məsləhət görüblər.

Bu insidentdən sonra Məmmədov Yunanıstan gedib, orada gözlənilmədən nüfuzlu "qanuni oğru” Dato Kutaisili kimi tanınan David Sebiskveradze ilə yaxınlaşıb. Ağcabədili onun "qanadı” altında təcrübə toplayıb, indi isə Səlifovla "müharibəyə” girməyə risk edib.

Emin Əhmədov çoxdandır uzunmüddətli həbsdədir, o 2013-cü ildə həmin həbsxanada "taclandırılıb”. Lakin ora dərhal Qulinin adından "zapiska” (malyava) göndərirlər. Həmin məktubda Eminin "oğru” olmadığı elan edilir. Səlifov hesab edir ki, onun iştirakı olmadan Azərbaycandan olan heç kim "taclandırıla” bilməz.

Əhmədov çox böyük çətinliklə sonrakı müddətdə "qanuni oğru” kimi oturmasına nail ola bilir. Bu məsələdə tərəfdarları əvvəlcə Əhmədovun titulunu tanımaq istəməsələr də, "qanunçu” Yuri Piçuqinin böyük rolu olub.

Ceyhun Əsgərov 2014-cü ildə Qulinin özü tərəfindən "taclandırılıb”, sonra onların arasında "pişik keçib”. Nəticədə Ceyhun qərara gəlib ki, gələcək kriminal karyerasının perspektivi və şəxsi pul kisəsi üçün müxalifətçi olmaq qərarına gəlib.