Lukaşenko: "Dağlıq Qarabağ və digər problemlərə göz yummaq olmaz"
10:37 29.04.2019
Arxiv
516
"ATƏT regionunda çox problem toplanıb, bu problemlərə heç bir halda göz yummaq olmaz".
ONA-nın "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə ATƏT Parlament Assamlbleyasının sədri Georgi Sereteli ilə görüşdə deyib.
"Razılışın ki, bizim ümumi evimizdə həll edilməli olan çox problem yığılıb: həm Dağlıq Qarabağ, həm Dnestryanı və digər problemlər. Buraya Ukrayna da əlavə olunub", - deyə o qeyd edib.
A. Lukaşenko bu problemlərə zəif reaksiya verdiyi üçün təşkilatı tez-tez tənqid etdiyini deyib: "Ola bilər ki, bu məsələlərə zəif reaksiya verdiyi üçün mən ATƏT-i tez-tez tənqid edirəm. Lakin onların həlli ATƏT-in bilavasitə işidir. Çünki bu təşkilat Avropa qitəsində təhlükəsizliyə cavabdehdir və heç bir halda bu problemlərə göz yummaq olmaz".
Belarus lideri uzun müddətdir, ATƏT meydanında dövlət başçılarının görüşünün təşkil olunmamasını da tənqid edib: "Bu görüşlərdə cari məsələlər, mürəkkəb vəziyyətlərdən çıxış yolları müzakirə oluna bilər. Sonuncu belə görüş 2010-cu ilə Astanada keçirilib. Daha geniş miqyaslı konfrans isə 1999-cu ildə İstanbulda təşkil olunub".
Öz növbəsində, G. Sereteli ATƏT regionunda müzakirəsinə və həllinə ehtiyac olan problemlərin mövcudluğu fikri ilə razılaşdığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ generalı Odessaya səfər edib
17:55 21.08.2026
Dünya
Türkiyə Netanyahunu beynəlxalq axtarışa verir
16:46 21.08.2026
Dünya
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə