"Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi 7-10 gün çəkəcək" - AÇIQLAMA
06:48 07.09.2017
Arxiv
314
"Bu gün səhər saat 11-də Lütfi Zadənin nəşini meyitxanaya yerləşdirdilər. Onun Bakıya gətirilməsi üçün sənədləşmə təqribən 7-10 gün çəkəcək. Alimin nəşinin Azərbaycana gətirilməsi Meyitxana xidməti ilə həyata keçiriləcək”.
Bunu APA-ya açıqlamasında dünya şöhrətli alim Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova deyib.
Onun sözlərinə görə, Lütfi Zadənin nəşinin Bakıya gətirilməsi təqribən 16-17 sentyabra gözlənilir: "Sentyabr ayının 6-da, Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 97 yaşında dünyasını dəyişdi.
Bütün bu 2 ayı mən onun yanında olmuşam, bir övlad kimi qayğı göstərmişəm. O, sentyabrın 5-ə kimi özünü yaxşı hiss edirdi, hətta bizim onunla birgə layihəmizin üzərində mənə məsləhətlər verirdi, bəzi vacib e-mailləri cavablandırmaq üçün mənə diktə edirdi. Ancaq sentyabrın 5-də Lütfi Zadə danışmadı və bu gün rahat, ağrısız dünyasını dəyişdi. Lütfi məndən xahiş etdi ki, müsəlman qaydası ilə, meyit namazı qılınmaqla basdırılsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq