Maduro tərəfdarları Venesuelanın ABŞ-dakı səfirliyini ələ keçiriblər
12:34 14.05.2019
Arxiv
677
Polislər kompleksin zəncir və qıfılla bağlanmış darvazasının ağzında mövqe tutublar
ABŞ polisi Venesuelanın qanuni hakimiyyətini dəstəkləyən fəalları Venesuelanın Vaşinqtondakı səfirliyinin binasını tərk etməyə məcbur edə bilməyib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, polislər kompleksin zəncir və qıfılla bağlanmış darvazasının ağzında mövqe tutublar.
Polislərin bir qismi diplomatik missiyanın binasına daxil olub və orada fəallarla, eləcə də Mülki Ədalət Tərəfdaşlıq Fondunun vəkili Mara Verheyden-Hilliardla danışıqlar aparıblar. Beş dəqiqəlik diskussiyadan sonra polislər binanı tərk edərək binaya xaricdən girişi bağlayıb. Fəallar isə ikinci mərtəbəyə qayıdıblar.
Venesuela hakimiyyəti Amerika polislərinin səfirliyin binasına daxil olmasını beynəlxalq hüququn pozulması kimi xarakterizə edib. Venesuelanın bütün diplomatları ABŞ-ı bu ilin aprelində tərk ediblər.
Qeyd edək ki, aprelin 30-da müxalifət Venesuelada dövlət çevrilişinə cəhd edib. Özünü dövlət başçısı elan etmiş Xuan Quaido və onun tərəfdarları Karakasda "Karlota" hərbi bazasının qarşısına toplaşaraq prezident Nikolas Maduronu devirməyə çalışıb.
Ölkə hakimiyyəti çevriliş cəhdlərinin uğursuz olduğunu bəyan edib. ABŞ Xuan Quaidoya dəstək verməklə Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdən getməsini təmin etməyə çalışır.
Bu səbəbdən iki ölkənin münasibətləri gərginləşib. Vaşinqtonda Venesuelaya qoşun yeridərək hərbi əməliyyatlara başlamaq tərəfdarları ilə əleyhdarları arasında xeyli vaxtdır müzakirələr gedir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual