Makron ümum-Avropa ordusunun yaranmasını niyə İSTƏYİR ? - Aktual şərh
15:40 14.11.2018
Arxiv
685
Fransa Prezidenti Emmanüel Makron "Europe 1” radiostansiyasının efirində ABŞ-dan asılı olmayan Ümumavropa ordusu yaratmağı təklif edib. O bildirib ki, əsl ordu qurulmasa, avropalıları qorumaq çətin olacaq: "Bizim Birləşmiş Ştatlar olmadan da özünü müdafiə edə bilən Avropamız olmalıdır".
Makronun təklifini şərh edən politoloq Tofiq Abbasov "Sherg.az”a söyləyib ki, dünyada baş verən proseslər insanların gözləntiləri ilə uzlaşmır:
"Dünyanı müqəddəratını həll edən qüvvələr gözəl, ümüdverici şüarlar maqsədlər səsləndirsələr də, real həyatda baş verən dəyişiklər müsbət məcraya oturuşmur. Hazırda dünya çapında qarşıdurma meyllərinin, onların güclənməsini görürük. Artıq bu hal aparıcı tendensiyaya çevrilib. Şahidi oluruq ki, siyasi qüvvələr arasında çox ciddi rəqabət var. Rəqabət gündən-günə daha da gərginləşir. Sonradan siyasi arqumentlər tükəndiyi halda artıq güc amili aparıcı rol oynamağa başlayır.
Bu da yeni toqquşmalara yol açacaq həqiqətdir. Ona görə də, Emmanüel Makron Avropa qitəsində yeni hərbi qüvvənin yaranması haqqında verdiyi vəd, şüar insanlar arasında birmənalı qarşılanmır. Bir tərəfdən dünyanın süper gücü olaraq ABŞ bu məsələdən narahat olduğunu bildirir.
Və məsələni belə təsvir edir ki, bir halda Avropa İttifaqı ilə müttəfiqlik münasibətlərindəyiksə, bu ordunu yaratmağa nə ehtiyac var. Amma digər tərəfdən Donald Tramp Avropanın iqtisadi sabitliyini pozur, onun gələcək imkanlarını məhdudlaşdırır. Yeni vergilər tətbiq etməklə Avropaya onun dedikləri ilə oturub- durmalı olduğunu çatdırır. Bu da avropalılar tərəfindən heç də yaxşı qarşılanmır. E.Makron istəyir ki, Avropa qitəsi dünyada daha önəmli yer tutub, aparıcı rol oynasın. Bu mənada öz mevqelərini qorumaq üçün avropalıların birləşmiş hərbi qüvvəsinin yaranmasını arzulayır.
Fransanın dövlət başçısı Ümumavropa ordusu vasitəsi ilə öz mövqelərini Rusiya, Çin, ABŞ dövlətlərinin təsirlərində qoruyacağını bildirir. Hətta bu siyahıda islam ölkələri də ola bilər. Avropada yeni hərbi kontingentin yaradılması məsələsi gündəmə gəlirsə, bu, həyacan doğuran bir haldır. Ona görə də E.Makronun bu fikirləri bəzi qüvvələrdə çox böyük narahatlıq yaradır. Hesab etmək olar ki, bu addım heç də müsbət tendensiya deyil. Buna dəstək verənlər sadəcə siyasi elitalardır. Sadə insanlar bu addama alqışlayacaq vəziyyətə hazır deyil”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz
ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
13:39 05.09.2026
Dünya
Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
13:19 05.09.2026
Aktual
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
13:04 05.09.2026
Dünya
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbə endirib
12:35 05.09.2026
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvaya gəlib
12:33 05.09.2026
Gündəm
Messi və Ronaldo yenidən üz-üzə gələ bilər
12:29 05.09.2026
Futbol
Üç hərbi gəmiyə mindi: Üçü də batdı, amma o sağ qaldı
12:21 05.09.2026
Maraqlı
Trampdan Yaxın Şərq üçün gizli plan: İran hədəfdə
11:47 05.09.2026
Dünya