Makronla Merkel görüşdü




Bu gün Parisdə Fransa prezidenti Emmanüel Makronla Almaniya kansleri Angela Merkel arasında görüş baş tutub. 

Sherg.az "fr.euronews.com"-a istinadən xəbər verir ki, görüşdə Parislə Berlin arasındakı əməkdaşlığın inkişaf etdirlməsi müzakirə olunub. 

Bundan başqa danışıqların gündəmində  "Ouest France”layihəsi də var ki, bu layihə Avro zonanın tərəqqisi ilə bağlıdır. Makron ümid edir ki, bu layihənin həyata keçirilməsi ilə bağlı Almaniya fəaliyyətini artırmalıdır. Hətta E.Makron layihənin gerçəkləşməsi üçün Avropa ölkələrinin birləşərək bir büdcə təşkil etməsi təklifiini irəli sürüb. Bu təklif Yelisey Sarayında A.Merkelə də xatırlanıb. Eyni zamanda danışıqlar çərçivəsində bu ölkələrin bir-birini müdafiəsi və terrozimə qarşı birg mübarizə məsələləri də müzakirə olunub.

Ayyət Əhməd