Tədris prosesinin hələ də sovetlər dönəmin qalan mexanizmlərlə həyata keçirildiyini deyən ekspertin sözlərinə görə, ağır yüklü tədris qurulur:
MARAQLI MÜŞAHİDƏ: Şagirdlər ikin tibbi yardımı və orqanlarının yerini bilmir"
10:13 15.09.2017
Arxiv
426
Kamran Əsədov: "Tədris proqramlarında dəyişiklik etməliyik. Biologiya dərsliklərində biz insan orqanizmini deyil, insan orqanizminin özünü müdafiə qabiliyyətini öyrənməliyik"
Tədris prosesinin hələ də sovetlər dönəmin qalan mexanizmlərlə həyata keçirildiyini deyən ekspertin sözlərinə görə, ağır yüklü tədris qurulur:
"Orta məktəbi bitirən hansı şagird ilkin tibbi yardımı, özünü müdafiəni bacarır? Yolda hər hansı problem, xəsarət baş verərsə, orta məktəb məzunlarının heç biri ilkin tibbi yardım göstərə bilmir”.
Bunu "Sherg.az”a təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, orta məktəblərdə keçdiyimiz dərslər həyat üçün deyil, statistik göstərici naminə tədris olunur:
"Fikirlər səsləndirilir ki, şəxsiyyət yönümlü tədris sistemi qurulub. Lakin buna zidd olaraq ən yaxşı məktəb təhsil göstəriciləri, qəbul nəticələri yüksək olan məktəb hesab edilir. Hansı məktəbi daha çox şəhid verdiyinə, igid əsgərlərin sayının çoxluğuna, ən yaxşı futbolçu yetişdirdiyinə, digər bacarıqlı şagirdlərinə görə tanıyırıq?
Hesab edirəm ki, ali məktəblərə qəbulu, tədris sistemini sadələşdirsək, şagirdlərin fiziki, psixoloji inkişafı ilə bağlı problemlər ortaya çıxmaz”.
Tədris prosesinin hələ də sovetlər dönəmin qalan mexanizmlərlə həyata keçirildiyini deyən ekspertin sözlərinə görə, ağır yüklü tədris qurulur:"Elə lazımlı fənlər var ki, onları qeyri-ciddi hesab edirik. Məsələn, idman dərsləri, musiqi, rəsm, peşə təlimi dərslərinin hazırlığı artırılmalıdır. Biz həyat üçün kadr hazırlamalıyıq.
Məntiq dərslərinin keçirilməməsi haqqında iradlar irəli sürülür. Bir məsələ var, söhbət riyazi məntiqdən getməlidir, yoxsa problemli situasiyadan çıxışı öyrətməliyik ? Riyaziyyatda ehtimal nəzəriyyəsi və s. kimi ağır akademik proqramlar keçirilir. Lakin problemli situasiyadan çıxış məntiqi mütləq orta məktəblərdə keçirilməlidir.
Hesab edirəm ki, tədris proqramlarında dəyişiklik etməliyik. Biologiya dərsliklərində biz insan orqanizmini deyil, insan orqanizminin özünü müdafiə qabiliyyətini öyrənməliyik. Uşaqlar həkimə gedəndə hansı orqanının ağrıdığını deyə bilmir. Çünki orqanların yerini bilmirlər. Uşaqlar qidalanma zamanı nələrə diqqət etmək lazım olduğunu bilmirlər, cinsi, fizioloji inkişaf haqqında elementar biliklərə malik deyil. Yuxarı sinifdə anatomiya kitablarında insanların çoxalmasına aid bölmə var. Müəllimlər həmin hissəyə çatdıqda dərsi keçmirlər.
Əslində isə bu məsələlər ciddi öyrənilməlidir. Sonra da deyirik ki, insanlarda niyə sonsuzluq, tibbi problemlər var. Biz cəmiyyət olaraq qorxuruq. Neqativləri düzgün idarə edib, yönləndirməsək cəmiyyətdə psixoloji və fizioloji inkişafdan geri qalma problemləri ortaya çıxacaq”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya