Marneulidə mer kim olacaq?
07:06 20.09.2017
Arxiv
1113
“Görünən odur ki, rayonun yeni bələdiyyəsi də azərbaycanlıların əlindən alınır”
Gürcüstanın "Gürcü arzusu” partiyası bələdiyyə seçkiləri ilə bağlı namizədlərin siyahısına dəyişiklik edib. Hakim partiya Marneuli meri vəzifəsinə yeni namizəd irəli sürüb. Əvvəlki namizəd Amiran Giorqadzenin adı siyahıdan çıxarılıb, onun yerinə Tbilisidə anadan olmuş, Gürcüstanın Azərbaycandakı səfirliyində çalışmış Temuri Abbazovinin namizədliyi irəli sürülüb.
Hakim partiyadan bildiriblər ki, ilk siyahı tərtib olunarkən bəzi amillər nəzərə alınmayıb. Lakin müzakirələrdən sonra azərbaycanlıların yığcam yaşadıqları bölgələrdən yerli namizədin irəli sürülməsi barədə qərar qəbul olunub. Hakim partiyanın siyahısında digər dəyişikliklərin də olunacağı istisna olunmur. Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.
Merneuli İcra Hakimiyyətinə azərbaycanlı namizədin irəli sürülməsinə münasibət bildirən soydaşımız, "Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov "Şərq”ə deyib ki, hakim partiya rəsmi təqdimatını sentyabr ayının axırında edəcək. QHT rəhbəri bildirib ki, Amiran Giorqadze partiyanın rayon təşkilatı tərəfindən irəli sürülmüşdü. Yəni mərkəzi partiya bu vaxta qədər susqunluğunu qoruyurmuş:
"Əslində regionda tamamilə yeni bir namizədin - Temuri Abbazovinin namizədliyi gözlənilmirdi. Çünki bu şəxsi bölgədə yaxşı tanımırlar. Ona görə də namizədliyi rəğbətlə qarşılanmadı. Çox istərdik ki, regionu bilən, tanıyan, ərazinin spesifik problemlərinə bələd olan bir şəxs namizəd olsun. Amma nə etmək olar? Hər halda gəncdir, yəqin hakim partiyanın bildiyi hansısa məsələlər var. Respublika müstəqillik qazanandan bugünə kimi rayon "sakrebulo”suna, yəni bələdiyyəsinə hər zaman azərbaycanlı seçilmişdi. Görünən odur ki, rayonun yeni bələdiyyəsi də azərbaycanlıların əlindən alınır. Əvəzində regionla heç bir əlaqəsi olmayan bir nəfərin namizədliyi Marneuli rayon meri kimi irəli sürülür, mən bu prosesə nailiyyət kimi baxmıram”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya