Mayamidə ADR-in 100 illik yubileyi münasibətilə mərasim...




Mayamidə fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət mərkəzi ADR-in 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçirib.

"Sherg.az"ın xəbərinə görə, tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsi, həmin dövrdə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər barəsində qonaqlara geniş məlumat verilib.