MDR televiziyası: Almaniyada mövcud olan erməni mafiyası bütün ölkə boyu səpələnib
07:22 12.11.2018
Arxiv
610
Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair 07.11.2018 tarixində MDR televiziyasında efirə verilməli olan "Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli filmin nümayişi Ermənistan səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən müvəqqəti olaraq təxirə salınıb.
Trend-in məlumatına görə, 30 dəqiqəlik sənədli filmin nümayişi üçün nəzərdə tutulmuş efir vaxtında mövzuya dair təxminən 7 dəqiqəlik reportaj yayımlanıb (https://www.mdr.de/thueringen/video-247040_zc-1201c59b_zs-4e0ede05.html). Həmin reportajda Almaniyada erməni mafiyasının fəaliyyəti və bununla bağlı hüquq-mühafizə orqanlarının araşdırmalarına dair məlumat verilir, məsələyə dair MDR televiziyası və "Der Spiegel" jurnalının birgə jurnalist araşdırması apardığı diqqətə çatdırılır və həmin araşdırmanın həmmüəlliflərindən biri, MDR televiziyasının müxbiri Aksel Hemmerlinqlə (Axel Hemmerling) müsahibə təqdim olunur.
Qeyd edilir ki, Almaniyada mövcud olan erməni mafiyası bütün ölkə boyu səpələnib. Erməni cinayətkar qruplaşmalarına "avtoritarlar” rəhbərlik edir, onlar da öz növbəsində "qanuni oğrular”a tabe olurlar. Avropol və İnterpol təşkilatlarına istinadən, erməni "qanuni oğrular”ın sayının 670-900 arasında olduğunun ehtimal edildiyi və onların əksəriyyətinin Almaniyadan kənarda yaşadıqları diqqətə çatdırılır. Bildirilir ki, Almaniya və Avropada mövcud olan erməni mafiyasının İtaliya mafiyası ilə işgüzar əlaqələrinə dair dəlillər mövcuddur. Məlumatda, eyni zamanda, Almaniyanın hüquq-mühafizə orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün texniki imkanlarının və qanunvericilik bazasının zəif olduğu xəbər verilir.
Reportajda daha sonra erməni mafiyası haqqında hazırlanmış sənədli filmin efirə getməsinin efir saatından bir neçə saat əvvəl məhkəmə qərarı ilə müvəqqəti təxirə salındığı diqqətə çatdırılır və qeyd edilir ki, Ermənistan səfiri jurnalistlərin araşdırmasında öz əksini tapan məlumatların təkzib olunmasını tələb edib, bu, MDR tərəfindən təmin edilmədikdən sonra isə məhkəmə qarşısında iddia qaldırıb. İddianın araşdırılması və MDR-in məsələyə hüquqi cavab verməsi üçün vaxtın məhdud olması səbəbindən məhkəmə reportajın efirə getməsinin müvəqqəti olaraq dayandırılmasına dair qərar verib. Reportajda qeyd olunur ki, sözügedən sənədli film hüquqi məsələlərə aydınlıq gətirildikdən sonra efirə gedəcək.
Almaniyada mətbuat azadlığı üçün maneə ola biləcək iddialar - hətta AFR hökuməti ilə bağlı olan məsələlərə dair - bir qayda olaraq məhkəmə tərəfindən təmin edilmir. Bu baxımdan çoxları Ermənistan səfirinin qaldırdığı iddianın da tezliklə MDR televiziyasının xeyrinə həll ediləcəyi və sənədli filmin yaxın zamanlarda efirə veriləcəyi qənaətindədirlər.
Bundan əlavə, Ermənistan səfirinin hüquqi addımlara əl atması ictimaiyyətin diqqətini bir qədər də bu məsələyə yönəltmiş və Almaniyanın bütün aparıcı KİV-ləri bu mövzunu xüsusilə mətbuat azadlığı üçün jurnalist həmrəyliyi kontekstində nəzarətə götürmüşlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Almaniya Rusiya ilə mümkün müharibəyə hazırlaşır
08:58 27.10.2026
Dünya
“Bitcoin”in qiymətində nisbi artım müşahidə olunub
08:37 27.10.2026
İqtisadiyyat
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
07:49 27.10.2026
Sosial
Mayk Tayson “Tuzlu Kahvede"
07:17 27.10.2026
Şou
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region