Məcburi köçkünlərə mənzillərin verilməsi tam şəffaf şəkildə həyata keçirilir
12:31 01.04.2019
Arxiv
489
Dünyada yalnız Azərbaycanda məcburi köçkünlər üçün dövlət tərəfindən mənzillər tikilir və pulsuz paylanılır. Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, Azərbaycan dövləti indiyə qədər bu işi həyata keçirib və bundan sonra da həyata keçiriləcək:
"Mənzillərin verilməsi tam şəffaf şəkildə həyata keçirilir. Təkcə son bir il ərzində məcburi köçkünlərə üç mindən çox mənzil verilib. Mənzillərin verilməsi ilə bağlı xüsusi komissiya yaradılıb və tam əminliklə deyə bilərəm ki, komissiya şəffaf şəkildə fəaliyyət göstərir. Təəssüflər olsun ki, bəziləri bizim haqqımızda başqa cür danışır, ancaq onların da məqsədi bizə aydındır”.
Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyev qaçın və məcburi köçkünlərə daim diqqət göstərir:
"Məcburi köçkünlərə verilən müavinətlər 50 faiz artırılıb və aprel ayından etibarən məcburi köçkünlər müavinətləri artımla alacaqlar. Eyni zamanda, məcburi köçkünlər üçün əmək yarmarkaları, tibbi müayinələr keçirlir. Əlbəttə, bizim əsas istəyimiz torpaqlarımızın erməni işğalından azad edilməsidir. Əminəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə buna nail olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi