Mədət Quliyev: Gəncə hadisələri ilə əlaqədar 60-dan çox şəxs həbs olunub, silahlı müqavimət göstərən 5 nəfər məhv edilib
06:22 14.11.2018
Arxiv
539
Noyabrın 14-də Qırğızıstanın Bişkek şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclası keçirilib. İclasın işində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
DTX-nin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, M.Quliyev tədbirdə "Beynəlxalq terrorçu təşkilatlardakı bəzi tendensiyalara və Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi cəhdlərinə dair” mövzusunda çıxış edərək bildirib ki, dünyanın bir sıra regionlarında, xüsusilə Yaxın Şərqdə hərbi-siyasi vəziyyət gərgin qalmaqda davam edir. Suriya və İraq ərazisində hərbi əməliyyatların aktiv fazasının başa çatmasına baxmayaraq, terrorçu və dini-ekstremist təşkilatlar tərəfindən həmin regionun hüdudlarından kənarda özəklərini yaratmaq cəhdləri qeydə alınır.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi bildirib ki, Azərbaycanda dini radikalların və ekstremistlərin hüquqazidd əməlləri özünü daha qabarıq şəkildə bu ilin iyul ayında göstərib. Respublikanın ikinci böyük şəhəri olan Gəncədə ictimai-siyasi sabitliyin pozulmasına cəhd olunub. Azərbaycanın hüquq-mühafizə orqanlarının birgə əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ağır cinayətlər törədən 60-dan artıq şəxs həbs olunub, silahlı müqavimət göstərən 5 nəfər məhv edilib.
General-polkovnik qlobal təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və kollektiv tədbirlərin görülməsinin zəruri olduğunu bildirib.
Bu baxımdan türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında inkişaf edən tərəfdaşlıq münasibətlərinin aktual və vacib olduğunu qeyd edən DTX rəisi, ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması yönümündə təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Konfransın XXI iclasının əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin yüksələcəyinə ümidvar olduğunu qeyd edib.
General-polkovnik M.Quliyevin iclas çərçivəsində tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm