
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması xalqın rifahının yaxşılaşdırılması yolunda yeni mərhələ oldu - Rob Sobhani
09:25 21.02.2019
Arxiv
497
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması xalqın rifahının yaxşılaşdırılması yolunda yeni mərhələ oldu. Bunu Trend-ə "Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.
O bildirib ki, birinci xanım Mehriban Əliyeva qısa müddət ərzində Azərbaycanın mədəniyyət və irs sahəsində imicini beynəlxalq arenada daha da yüksəldib: "Mehriban Əliyeva Azərbaycanın zəngin tarixi və mədəniyyətini Roma və Paris kimi dünyanın mədəni mərkəzlərində populyarlaşdırıb”.
R.Sobhani Birinci vitse-prezident Mehriban Əliyevanın sadə azərbaycanlıların həyatında əks olunan xeyirxahlığını xüsusi qeyd edib: "Mehriban Əliyeva nəinki Azərbaycanın birinci xanımıdır, həm də xeyirxah işlərdə birinci xanımdır. Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan xalqı üçün Tanrının xeyir-duası oldu, çünki o, öz səlahiyyətlərindən Azərbaycanın vətəndaşlarının rifahı naminə istifadə edir”.

Baş direktor vurğulayıb ki, Mehriban Əliyeva bütün təfərrüatlara diqqət yetirir və vətəndaşların problemləri onun nəzərindən yayınmır:
"Bu da vacibdir ki, Mehriban xanım öz səlahiyyətləri çərçivəsində nazir və digər vəzifəli şəxslərin diqqətini istər Bakıda, istər Gəncədə, istərsə də Lənkəranda vətəndaşların problemlərinə daha sıx yönəldə bilər. Azərbaycan xalqı Birinci vitse-prezidenti ilə fəxr edə bilər, çünki Mehriban Əliyeva Azərbaycanın adını bütün dünyada daha da ucaldıb. Bu gün Mehriban Əliyevanın sayəsində Fransa və İtaliyada Azərbaycan mədəniyyətinin zəngin tarixi ilə daha yaxından tanışdırlar”.
Ekspertin sözlərinə görə, daha bir vacib amil odur ki, Mehriban Əliyeva qadın sahibkarların məsələlərinə böyük diqqət ayırır, onlara öz bizneslərini yaratmağa və Azərbaycanın iqtisadi artımının təmin olunmasında bərabərhüquqlu iştirakçı olmağa kömək edir:
"Qeyd etmək lazımdır ki, Mehriban Əliyevanın elm sahəsinə diqqəti də Azərbaycan xalqı üçün vacibdir, çünki bu, bilik mübadiləsinə və bu biliklərin ölkədə, məsələn, müasir xəstəxanaların tikintisi sahəsində tətbiq olunmasına imkan verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm