Məktəbdə intihar edən Elinanın SON QEYDLƏRİ yayıldı
08:23 10.04.2019
Arxiv
1014
Aprelin 4-də intihar edən 162 saylı məktəbli, Elina Hacıyevanın dəftərinin kənarına yazdığı qeydlər yayılıb.
Lent.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə E.Hacıyevaya məxsus "Mən öləndən sonra məni qucaqlamayın, öpməyin” sözlərini öz facebook səhifəsində yayıb.
Ölən şagirdin daha bir məktubunu, daha doğrusu dəftərinin bir küncünə yazdığı fikirlərini Elinanın xalası qızı Diana Hacıyeva da sosial şəbəkədə yayıb. D.Hacıyevanın bildirdiyinə görə, dəftərdəki qeydlərində Elina bunları bildirib:
"Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiniz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin”.
Diana Hacıyeva bildirib ki, Elina ilə eyni sinifdə oxuyub: "Elina ölməmişdən iki ay əvvəl 59 saylı məktəbdə təhsil alan Ramal (ad şərtidir) adında oğlanla tanış olmuşdu. Bir dəfə oğlan Elinanı çağırdı, onu məndən uzaqlaşdırmaq, özü ilə aparmaq istədi, mən onları izlədim. Gördüm ki, oğlanın əlində bükülü var. O, bükülünü açdı və Elinaya göstərdi, təklif elədi. Elina oğlanı itələyib mənə tərəf qaçdı və dedi ki, burdan tez gedək, Oğlan mənə marixuana vermək istəyir.
Həmin oğlan Elinaya demişdi ki, "tramal" dərmanı içir. Marixuana söhbətindən sonra ayrıldılar. Ancaq ölənə yaxın Elina dedi ki, oğlanla yenə barışıb.
Elina özünü atmamışdan əvvəl zəng elədi, dedi ki, mənə vacib sözü var, mən isə bildirdim ki, anam evdə qapını üzümə bağlayıb gedib, sabah görüşərik.
Sabahı gün məktəbə getməmişdim, günortaya yaxın anam dedi ki, Elina məktəbdə yıxılıb. Anam mənə onu deyəndə bildim ki, o, yıxılmayıb, özünü atıb. Çünki özünü öldürmək istədiyini tez-tez deyirdi. Deyirdi ki, məni heç kəs çox istəmir, hamı məni təhqir eləyir".
Diqqətinizə çatdıraq ki, bir neçə gün əvvəl 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva məktəbin 3-cü mərtəbəsindən özünü atıb.
O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.
Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya