Məktub yazıb özünü 13-çü mərtəbədən atdı: "İnşallah ölərəm, şikəst qalıb sizə möhtac olmaram"




Türkiyənin Adana şəhərində  15 yaşlı gənc qız intihar məktubu yazaraq özünü 13-çü mərtəbədən ataraq həyatına son verdi. Sherg.az türk mediasına istinadən xəbər verir ki, bir müddətdir psixoloji problemləri olan 15 yaşlı Asudə K. ailəsinə, "İnşallah ölərəm, şikəst qalıb sizə möhtac olmaram" deyə məktub da yazıb. Asudə K. bu qeydi yazdıqdan sonra otağının pəncərəsindən özünü atıb. Vəziyyəti görən sakinlər polis və sağlamlıq qruplarına xəbər verib. Hadisə yerinə gələn sağlamlıq qrupları gənc qızı xüsusi bir xəstəxanaya çatdırıb. Asudə K.  bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Gənc qızın cənazəsi yarılmaq üçün Adana Ədli Tibb Təşkilatı meyitxanasına aparılıb.

Turan