
Məmməd İsmayıla Beynəlxalq Mahmud Kaşqari Mükafatı verildi - Foto
12:23 10.04.2019
Arxiv
639
Mahmud Kaşqari adına Beynəlxalq Fondun təkilatçılığı ilə Yunis Əmrə İnstitutunda görkəmli Azərbaycan şairi, Çanaqqala Universitetinin professoru Məmməd İsmayıla həsr edilmiş "Türk şeir günü” keçirilib. Tədbiri giriş sözü ilə açan Yunis Əmrə İnstitutun müdiri, məşhur "Nihal Adsız” monoqrafiyasının müəllifi Cahan Özdəmir Məmməd İsmayılın şərəfinə təşkil edilmiş bu şöləni böyük tarixi hadisə olduğunu bildirdi.
Tədbirə qatılan Beynəlxalq Zaparoji Kazakları Birliyinin -nın Getmanı Dmitri Saqaydakın müşaviri, Kazak qoşunları marşalı Üzeyir Vahabov Beynəlxalq Mahmud Kaşqari Fondunun qurucu-başqanı, tanınmış şair Elxan Zal Qaraxanlını Böyük çölün savaş ruhunun yaşadılmasında və yayılmasında göstərdiyi xidmətlərə görə "Getman Vayda Vişnevetski" medalı ilə təltif etdi.

Elxan Zal da öz növbəsində Türk dünyasının böyük şairi və fikir adamı Məmməd İsmayıla Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mükafat komissiyasının qərarı ilə Beynəlxalq Mahmud Kaşqari Mükafatı təqdim etdi. Mükafatçı Məmməd İsmayıl öz nitqində bildirdi ki, "Mən çox mükafatlar almışam, amma Türk mədəniyyətinin iki nəhənginin, Mahmud Kaşqari və Yunus İmrə ruhunun yanaşı iştirak etdiyi bir mərasimdə mənə verilən bu mükafat, həyatımın ən dəyərli ödülüdür”. Şairin tədbir iştirakçılarına oxuduğu alovlu şeirlərdən sonra səhnəyə çıxan görkəmli şair və ictimai xadim Sabir Rüstəmxanlı çox illik dostunu yüksək ödül alması münasibəti ilə təbrik etdi və Beynəlxalq Mahmud Kaşqari Mükafatının, türk dünyasının ən şərəfli müfatlarından biri olduğunu bildirdi.
Xatırladaq ki, 2006-cı ildə təsis edilən bu Mükafat Beynəlxalq Komissiya tərəfindən verilir. Mükafatı alanlar sırasında Türkiyənin 9-cu prezidenti Suleyman Dəmirəl, görkəmli şair Oljas Suleymenov (Qazaxstan), prof, dok. Namik Kamal Zeybək (Türkiyə), şair Sabir Rüstəmxanlı, akademik İsa Həbibbəyli, akademik Sabit Dosanov (Qazaxstan), akademik Tahir Kərimli, qırğız şairi Markabay Aamatov, rus filosofu, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin və digər məşhur şəxslər var.
Mükafat Komissiyasının sədri görkəmli Qazax yazıçısı akademik Sabit Dosanovdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya